Prostat Vəzinin Böyüməsi

Müəllif
Bölmə Prostat Vəzi - Cərrahi Əməliyyat

Prostat (Yunanca, prostates, termini “protector” qoruyucu, mühafizə) uriner sistemin son hissəsinə yaxın hissədə sidik kisəsinin və sidik (xarici sidik kanalı) arasına yerləşmiş şabalıd şəklində və böyüklüyündə bir orqandır.
Qadınlarda olan Skene bezi, kişilərdə olan prostatla eynidir.

Prostat Vəzinin Funksiyası

Orqanizmin normal içləməsində iki vəzifəyə sahibdir:əsas funksiyası ifrazat sistemində ifrazat zamanı sidik kisəsindən sidiyi daşımaq və boşalma əsnasında spermanın ötürülməsini təmin etməkdir. Bundan başqa, meni mayesinin tərkibində olan, spermaları bəsləyən və onları qadın yumurtalıq sistemi içərisinə gedərkən qoruyan xüsusi bir proteini buraxır.

Prostatın Yaxşı Xasiyyətli Böyüməsi (BPH) Nədir?

Kişilərin inkişafında prostat iki mühüm dövrdə inkişaf və böyümə göstərir. Bunlardan biri yetkinlik çağında prostat vəzi iki qat böyüyür. Bununla birlikdə tnormal-ve-buyumus-prostatəxminən 25 yaşlarında prostat ikinci dəfə yeni bir inkişaf dövrünə keçir. Bu ikinci rübdəki böyümə illər sonra Bengin Prostat Hiperplazisyası (xoş xasiyyətli prostat böyüməsi, qısaca BPH) olaraq nəticələnir. Kişinin həyatında prostat böyüməsi davam etməsinə baxmayaraq irəli yaşlardan başqa, prostat vəzisinin bu böyüməsi çox kişidə mühüm çətinliklərə səbəb olmaz. Başqa sözlə, BPH 40 yaşından əvvəl çox nadir hallarda problemə səbəb olur. Ancaq 60 yaşında olan kişilərin yarısından çoxunda, 70 yaşındakı kişilərin isə %90-da BPH görə əlamətlər kişilərin gündəlik həyatını və həyat keyfiyyətinə təsir göstərir.

Sidik kanalını örtən prostat vəzində bu böyümə sidik kanalına təzyiq edərək sidik kanalında zəifləməyə və sidiyin rahat çölə çıxmamasına səbəb olur. Bu səbəblə zaman keçdikcə sidik kisəsi əzələsində dartılmağa bağlı olaraq qalınlaşma və həssaslaşma, ən kiçik bir xəbərdarlıqda hədsiz hisslə reaksiya vermə başlayır. Bu da sidik kisəsində bir miqdar sidik yığılsa belə sidiyə getmə hissi ilə özünü göstərməyə başlayır. Zamanla sidik kisəsi əzələsi yorulur, zəifləyir və sidiyin tam olaraq boşaldıla bilinməməsi ilə sidik kisəsində sidik qalmağa başlayır.

BPH Necə Yaranır?

Zamanımızda BPH əmələ gəlmə mexanizmi hələ də dəqiq məlum deyil. Bu da risk amillərinin tam mənada nə olduğunu başa düşülməməsi deməkdir. Zamanımızda bildiyimiz ən önəmli məlumat: BPH yaşlı kişilərdə meydana gəlir, yeniyetməlikdən əvvəl hər hansı bir səbəbə görə testisləri (yumurtaları) çıxarılmış kişilərdə isə BPH inkişaf etməz. Buna görə bəzi tədqiqatçılar yaş və testis funksiyası ilə bağlı amillərin BPH inkişafında rol oynadığını düşünür.

Həyatları boyunca kişilər testislərdən kişilik hormonu olan testosteron hormonunu istehsal edərkən, bədənlərində az miqdarda da olsa qadınlıq hormonu olan ostrogen də var. Yaşın irəliləməsi ilə qandakı fəal testosteron hormon səviyyəsi azalmağa və bu azalma ilə bərabər ostrogen nisbətinin artmasına səbəb olur.

Digər bir nəzəriyyə isə testosteron hormonunun aktiv halı olan dihidrotestosteron (qısaca DHT) üzərində durmuşdur. Bəzi araşdırmacılar yaş ötdükcə qandakı testosteron səviyyəsi azalmış olsaydı belə, prostat vəzində DHT səviyyəsinin artmasını və yığıldığını göstərir. Bu aktiv hormonun artan miqdarının isə prostat hüceyrələrində inkişafına təkan verdiyi güman edilir. Bir ferment çatışmazlığı səbəbindən DHT istehsalı olmayan kişilərdə BPH inkişafının olmaması da bu nəzəriyyəni dəstəkləyir.
Bəzi araşdırmacılar isə erkən inkişaf dövründə gələcəkdə BPH inkişafına yol açacaq kimyəvi və genetik dəyişikliklərin yarandığını və yaşın irəliləməsi ilə digər (məsələn, yuxarıda qeyd edilən hormon faktorları ilə birləşəndə) faktorlara təkan verilməsi ilə yeni bir inkişaf oyanışına keçdiyini düşünürlər.

BPH-nin Əlamətləri Nələrdir?

İnsanın sosial həyatına təsir edən problemlər arasında gecə boyu sidiyə çıxmaq üçün yuxudan oyanmaq və gündüz tez-tez sidiyə getmə ehtiyacı duyula bilər. Xüsusilə bu iki problem insanın sosial həyatında yuxusuz qalma, yorğunluq, getmək istədiyi yerdə tualet axtarışı kimi problemlərə səbəb olur. Bundan başqa, sidik axarındakı güc və sürət keçmişə görə azalmış və yavaşımış ola bilər. Sidiyə getmədə başlama zamanı gözləmə, çətinlik çəkmə kimi, sidiyin müəyyən qismi axandan sonra hələ də sidiyə getdikdən sonra hələ də damcı damcı sidik gələ bilər. Eyni zamanda kişi sidiyə getdikdən sonra sidik kisəsinin tam boşalmadığı hissinə qapıla bilər.

Ümumiyyətlə prostat böyüməsi yaxşı xasiyyətli bir şiş olaraq böyümə şəklindədir. Bu səbəblə insanlar əsaprostat4sən görmə ilə bağlı problemlərlə qarşılaşanda bir həkimə müraciət edir. Əlamətlərin meydana gəlməsi yaxşı xasiyyətli prostat böyüməsində sosial həyata təsir etməkdən başqa əhəmiyyətli bir sağlamlıq probleminə yol açmaya bilər. Ancaq müəyyənləşdirilən şikayətlər yüngül, orta və şiddətli olaraq sinifləndirilir. Prostat müayinəsi, qan testləri və lazım olduqda aparılan prostat iynə biopsiyası ilə yaxşı xasiyyətli olduğu düşünülən prostat böyüməsində, şikayətlərin dərəcəsinə görə xəstələri nəzarət altında saxlama, dərmanla ya da cərrahi müdaxilə ilə müalicəsinə qərar verilir.

Ancaq prostat xərçəngində (pis xasiyyətli prostat şişi) yuxarıda göstərilən klinik əlamətlərin yüngül ya da şiddətli şəkildə yaranması, xərçəngi tamamilə kontrol edəcək müalicənin aparıldığı erkən mərhələnin keçirilmiş olduğu dövr mənasına gələ bilər. Bu səbəblə 50 yaşın üzərində hər kişinin, yuxarıda göstərilən çətinliklər olsun və ya olmasın, ildə bir dəfə mütləq həkim nəzarətində (prostat müayinəsi və qanda PSA testi üçün) olması məsləhət görülür. Belə ki I dərəcə qohumlarında (ata,qardaş kimi) prostat xərçəngi olan insanlarda bəhs edilən illik yoxlanışlarının 45 yaşından etibarən başlanması məsləhət görülür. Çünki I dərəcə qohumlarında prostat xərçəngi olan kişilərdə, yaxınlarının xəstəliyə tutulma yaşına görə prostat xərçəngi görülmə riski normal cəmiyyət nisbətlərinə görə 2-6 dəfə artmaqdadır.

Nəticə etibarı ilə prostatın yaxşı xasiyyətli qiymətləndirilməsində tətbiq olunan diaqnostika üsulları

-Barmaqla prostat müayinəsi
-Serumda PSA (total və sərbəst PSA), kreatinin səviyyələri
-Ultrasonografi
-Prostat biopsiyası (lazım olanda)
-Sidik axım sürətinin ölçümü -Uroflowmetri
-Sistoskopi (lazım olanda)

SON MƏQALƏLƏR
6 şərh
  • Nuriyev Taryel

    Salam doktur, bagislayin narahat edirem. Menim prastatinda xestedi. Yeni hekim deyir deyisiklikler var. Lori dilde meni basa salibki ele bil Elin kesilib sagalib capigi qalib. Ele bir getmeyen.leke var prastatinda. Sirin kanalimda qalinlasma. Qanimda uc cur mikrob biri xlamida. Mualice eliyirem basqa seyler olmasada prastatda heleki agri hiss eliyirem. Soyuq olanda atir bir sey qaldiranda ve s. Xais eliyirem deyesiz bu xesteliyden qurtara bilerem yoxsa hekimin dediyi kimidi. Deyir mualiceni eliyek ancaq o leke yayilmasin, ancaq onu yox eliye bilmerik, bu duzdumu. Cox sag olun

  • Zaur31

    Salam həkim. ağır idmanın prostata ziyanı varmı?

    • Fuad Nəzərov

      Salam. Ağır atletika ilə məşğul olmaq prostat vəzinin xəstəliyinin yaranmasında rolu yoxdur.Sağ olun

  • Zaur31

    salam

ŞƏRH YAZIN