Cərrahi Laparoskopiya
Müayinə və ultrasəs üsulları ilə müəyyən edilən xəstəliyi müalicə etmək və ya xəstəliyin müəyyən edildiyi orqanın xaric edilməsi məqsədi ilə istifadə edilən laparoskopik əməliyyatlardır.
Hamilə qalmağı artırmaq üçün tətbiq olunan laporoskopik cərrahiyyə
Daha əvvəl yaranmış iltihab xəstəlikləri uşaqlıq borusunda və yumurtalıqlarda funksiya pozğunluqlarına səbəb olaraq yapışıqlıqların yaranmasına yol aça bilər. Bu cür problemlərlə qarşılaşan xəstələrə müalicə və diaqnoz məqsədli laporoskopik cərrahiyyə tətbiq edilir. Laporoskopik cərrahiyyə tətbiqi ilə yumurtalıq və uşaqlıq borusundakı problemlər uğurla həll oluna bilər. Bu məsələlərin xaricində qısırlığa səbəb olan başqa amillər yox isə laporoskopik cərrahiyyə ilə xəstədə %50 hamiləlik ola bilər. Ancaq yapışıqlıqların çox inkişaf etdiyi xəstələrdə yapışıqlığın aradan qaldırmasından sonra yapışıqlığın yenidən əmələ gəlmə ehtimalı çox olduğu üçün hamiləlik nisbətində azalmalar olur. Uşaqlıq borusunda çatışmazlığın aradan qaldırıla bilinmədiyi xəstələrdə ən düzgün müalicə uşaqlıq borusunun çıxarılmasıdır. Uşaqlıq borularının çıxarılması ilə xəstələrdə süni mayalanma müalicələri çox uğurlu nəticə göstərir. Ancaq yararsız uşaq borularında tətbiq edilən süni mayalanma müalicələrində uğur əldə etmə şansı çox azdırdır.
Laparoskopik miyom cərrahiyyəsi
Qadınlarda olan miyomların böyük bir qismi laporoskopiya ilə müalicə edilir. Miyomlar növlərinə və ölçülərinə görə qiymətləndirilməlidir.
Ölçü: Xüsusilə 6 sm dən böyük olan və qısa müddətdə sürətli bir şəkildə böyüyən miyomların çıxarılması lazımdır.
Qanaxma: Miyomlar endometrium təbəqəsində inkişaf etmədikcə qan sızmağa yol verməzlər. Ancaq ana bətni içində yerləşmiş miyomlar qanamaya səbəb olur isə ölçüsünə məhəl qoymadan cərrahiyyə ilə xaric edilməsi lazımdır.
Təzyiq edən miyomlar: Miyomlar bəzi hallarda sidik kanallarında təzyiqə yol aça bilər. Əgər miyom təzyiqə səbəb olmuş isə çıxarılmalıdır.Ana bətni ön hissəsində əmələ gəlmə göstərən miyomlar sidik kisəsinin, arxa hissəsində əmələ gəlmə göstərən miyomlar isə düz bağırsaqda təzyiqə səbəb ola bilər.
Qısırlıq: Miyomlar hər zaman qısırlıq üçün bir amil deyil.Qısırlıq müalicələrində geniş tədqiqatlara baxmayaraq, heç bir problem olmamış isə varlığı təsbit edilən miyomların çıxarılması lazımdır. Miyom ana bətnin içində yerləşmiş və cütlərdə hamiləlik olmur isə miyomun ölçülərinə baxmadan çıxarılması ən düzgünüdür. Miyomlar çıxarıldıqdan sonra cütlük yenə öz-özünə hamilə qala bilmir isə köməkçi müalicəsi olan süni mayalanma tətbiq edilməlidir.
Ana bətni içi yapışıqlıq və müalicəsi
Ana bətni içində meydana gələn yapışıqlıqlar, qısırlıq,uşaq düşməsi və adət pozğunluğuna yol aça bilər. Ana bətni içi yapışıqlıqları ən çox abort olmuş qadınlarda görülür. Adətən körpənin ana bətni içində ölməsi səbəbi ilə edilən abort nəticəsində yapışıqlığın əmələ gəlmə ehtimalı daha çoxdur.Ana bətni içində yapışıqlıq yaranmasının səbəbləri;
– Abort
-İnfeksiya xəstəlikləri
-Doğuşdan sonra uşaqdan qalan digər parçaların tamamilə çıxarılmaması nəticəsində atılan addımlar
– Çox nadir hallarda uşaqlıq dövründə yaranmış vərəm infeksiya
-Ana bətni içində yapışıqlıq öz özünə yaranmaz. Mütləq bir infeksiyaya və ya travmalara bağlı olaraq baş verir. Travma və infeksiya xəstəlikləri yapışıqlıq məsələlərində eyni anda görülən problemlərdir.
Ana bətni içi yapışıqlıqların əlamətləri
-Daha çox abort sonrası adət nizamsızlığı və ya adətin tamamilə dayanması
-Adət dövrünün ağrılı keçməsi
– Hamilə qala bilməmək
-Daim təkrarlanan uşaq düşmələri