Qadınlarda Sistit

Müəllif
Bölmə Qadın Sağlamlığı

Ümumiyyətlə,bakteriyaların səbəb olduğu sidik kisəsi iltihabıdır.

Sistit nədir?

Sistit, ümumiyyətlə bir infeksiya nəticəsində sidik kisəsinin (məsanə) iltihablanmasıdır. Termin, Yunanca cyst: Sidik kisəsi sözündən gəlir. Sidik yolları və yumurtalıq sistemində ən çox görülən xəstəliklərdən biridir. Vaxtında müalicə edilməzsə xəstəlik böyrəklərə də təsir edərək yayıla bilər və sidik kisəsinin və böyrəklərdə uzunmüddətli zədələr yarada bilər.

Sistitin əlamətləri nələrdir?

1- Tez-tez sidiyə getmə,
2- Sidiyə gedərkən yanma,sızlama,
3- Gecəyarısı sidiyə getmək,
4- Sidiyə getdikdən sonra tam rahat olmamaq,
5- Təcili sidiyə çıxmaq istəyi,
6- Sidikdə qanaxma,
7- Yüngül temperatura,
8- Kiçik qarın bölgəsində ağrı,
9- Qasıqlarda ağrı,
10- Qadın yolundan (vaginal) axıntı görülür.

Sistitdən Necə Qorunmaq Olar?

Kifayət qədər maye qəbul etmək lazımdır. Menopauza olan qadınların estrogen kremlərindən istifadə etmələri tövsiyə edilir. Cinsi əlaqədən sonras sidiyə getmək və ya bəzi qadınlarda tək doza antibiotik istifadə edilməsi faydalı ola bilər. Pridrar-yolu-iltihabı-nedirezervativ, diafraqma və ya sperma öldürücü jel kimi doğum kontrol üsullarından bəzi qadınların uzaq durması faydalıdır.
Sidiyi çox saxlamamaq və ya sidiyə gedərkən sakitcə sidik kisəsinin boşalmasını gözləmək lazımdır. Tualetdən sonra təmizlik, öndən arxaya doğru aparılmalıdır. Bütün bunları ümumi tədbir kimi hesab etmək olar ancaq edilməsi lazım olanlar fərdin cinsi orqanına, anatomik quruluşuna və sidik kisəsi iltihabının vəziyyətinə görə fərqliliklər göstərə bilər. Bu səbəblə vəziyyəti həkimlə məsləhətləşərək, onun təklifləri əsasında lazımi tədbirlər görmək lazımdır.

Sistitin Yaranma Tezliyi

Qadınlarda siyek daha qısa akut və xroniki yumurtalıq sistemi iltihabları daha tez-tez olduğundan akut,subakut və xroniki sistit daha geniş görülür. Qadınların ən az yüzdə 20-si həyatları boyu ən az bir dəfə sistitə tutulur. Uşaqlığın ilk dövründə və sonra xarici cinsi orqan infeksiyaları (uşaqlıq yolu və vulva iltihablanması) nəticəsində kəskin sistit və ya piyelonefrit inkişaf edə bilər. Yaş və cinsiyyət hazırlayıcı faktorlardır; Sidik kisəsində prostat böyüməsinə bağlı olaraq sidik göllənməsi yetkin və irəliləmiş yaşdakı kişilərdə sistit inkişafına səbəb olur. Qadınlarda isə xəstəlik hamiləlikdə daha çox görülür.

Balayı sistiti: Daha əvvəl cinsi əlaqə yaşamamış xanımlarda ilk cinsi əlaqədən bir neçə gün sonra ortaya çıxan sistit növüdür. İlk əlaqədə meydana gələn ağrıya bağlı olaraq sidik yolunun uşaqlıq yoluna açıldığı yerdə şiş meydana gəlir. Bu ödəmə bağlı olaraq sidik kanalı daralır və sidik rahat çölə çıxa bilmədiyi üçün sidik kisəsinin mukozasında şiş və infeksiya meydana gəlir. Bu ümumiyyətlə balayı dövrünə rast gəldiyi üçün bu xəstəliyə balayı sistiti adı verilir.

Sistitin Müalicəsi

Sistit çox vaxt antibiotiklərlə müalicə edilir. İnfeksiya kökənli olmayan sistitlərdə səbəbə qarşı müalicə aparılır.
Bakteriya kökənli sistit müalicəsi: Sistit müalicəsi antibiotiklə edilir. Müalicənin müddəti, istifadə olunan antibiotik və müalicəyə verilən cavaba görə dəyişir. Tək istifadəlik antibiotiklər olduğu kimi, 3 gün və ya 7-10 gün davam edəcək antibiotik müalicələri də ola bilər. Burada seçki, infeksiyanın şiddətinə, dərmana verilən cavaba, sistit yanında başqa infeksiya olub olmadığına görə dəyişir. Buna həkiminiz qərar verəcəkdir.
İnfeksiya tamamilə keçənə qədər müalicə davam edəcəkdir. Təkrarlanan infeksiyalarda, müalicə daha uzun sürəcəkdir. Müalicə sonrası sidik tədqiqinin təkrar olunması təklif edilir.
Bakteriya kökənli olmayan sistit, faktor maddənin uzaqlaşdırılması lazımdır.Diafraqmadan istifadə etməmək, spermisiddən istifadə etməmək kimi.
Menapauzaya bağlı inkişaf edən sistit, estrogen tərkibli vaginal fitillərdən istifadə edilir.

Sistit üçün Evdə Edə Biləcəyiniz Müalicə Formaları

1- İsidilmiş bir dəsmalı qarSIISInının alt hissəsinə qoyaraq ağrınızı, narahatlığınızı azalda bilərsiniz.
2- Bol maye qəbul etməyiniz məsləhət görülür. Müalicə müddətində çay, qəhvə, alkoqoldan uzaq durun. Bu maddələr sidik kisəsini narahat edir və tez-tez sidiyə çıxmağa səbəb olur,
3- İlıq oturma vannası edə bilərsiniz. Gündə 2-3 dəfə, 15-20 dəqiqə çox isti olmayan suya oturmaq olar.

Sistit yaranmaması üçün görülən tədbirlər

1- Bol maye qəbul edin. Sidiyə çıxdıqca, sidik yollarınız təmizlənəcəkdir.
2- Tez-tez tualetə gedin. Hər 3 saatda bir sidiyin boşaldılması yaxşı olar.Sidik kisəsinin dolmasını gözləməyin.
3- Sidiyə gedərkən, dik vəziyyətdə oturun. Bu şəkildə sidik kisəsinin daha çox boşalması təmin edilir.
4- Sidik kisəsində sallanma olduğu hallarda (sistocell), əllə kömək edilərək, sidik kisəsinin daha çox boşaldılması təmin edilə bilər.
5- Tualet təmizliyini öndən arxaya doğru edin. Bu şəkildə anusdan,ön tərəfə bakteriya keçməsinin qarşısını almış olarsınız.
6- Tez-tez sistit olursunuzsa, vannada oturub çimmək əvəzinə, ayaq üstə duş qəbul edin.
7- Vagina və anus ətrafını təmizləyərkən allergik sabun, jel, dezodorant sprey istifadə etməyin.
8- Cinsi əlaqədən dərhal sonra sidiyə gedin.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN