Qaraciyər Kistası

Müəllif
Bölmə Qaraciyər - Cərrahi Əməliyyat

Qaraciyər kistası nədir?

Qaraciyər kistası, tək (solitar) olarsa, parazit qaynaqlı olmayan və sadə kista olaraq da adlandırılan qaraciyərin maye məzmunlu yaxşı xasiyyətli şişləri aydın olar. Ayrıca, birdən çox kistadan ibarət polikistik qaraciyər xəstəliyi də ola bilər. Qaraciyər kistalarının yəni şişlərinin meydana gəlmə səbəbi  bilinməməkdədir  və doğuşdan olduqları  təxmin edilir.

Əhalidə Qaraciyər kistasına nə qədər rast gəlinir ?

Qaraciyər kistaları əhalinin % 5-ində görülür. İnsanların % 85-90-ında heç bir əlamət görülməz və ümumi yoxlanış zamanı (check-up) ya da fərqli bir məqsədlə edilən bir radioloji tədqiqat əsnasında müəyyən edilir.

Qaraciyər sadə kistalarının yəni şişlərinin xüsusiyyətləri nələrdir?

Qaraciyərin sadə kistaları çox vaxt heç bir əlamət birüzə verməzlər, ancaq çox büyümə olarsa qarının sağ üst hissəsində ağrı, qarında qabarıqlıq və toxluq hissi kimi əlamətləri ola bilər. Nadir hallarda qaraciyər xarici (ekstrahepatik) ana öd yolunda (koledok) tıxanıqlığa və cərrahi sarılığa (mexaniki ikter) gətirib çıxarır. Kistalar öz ətrafında dönsə (burulma), partlayarsa (rüptür) və ya iltihablanırsaKaraciger şiddətli qarın ağrısı və ya kəskin qarın sindromu şəklində ortaya çıxar.

Qaraciyər kistalarının (polikistik qaraciyər xəstəliyi) xüsusiyyətləri nələrdir?

Qaraciyərin çoxlu kistları və ya polikistik qaraciyər xəstəliyi, sıxlıqla uşaqlıq dövründə başlayır, yetkinlik dövründə müəyyən edilir və yetişkinlik dövründə sayca artır. Qadınlarda daha sıxdır. Qaraciyərdə böyümə, qaraciyər çatışmamazlığı, partlayış (rüptür), qanama və infeksiya kimi ağırlaşmaları görülə bilər.

Qaraciyər kistası hansı xəstəliklər ilə qarışa bilər?

Qaraciyər kistaları; qaraciyərin parazitar kistaları, kista hidatik, qaraciyər apsesləri, qaraciyər xarici (ekstrahepatik) ana öd yolu (koledok) kistaları, Carol xəstəliyi və kistik qaraciyər şişləri (kistadenom və kistadenokarsinom) ilə qarışa bilər.

Qaraciyər apsesi hansı səbəbə görə meydana gələ bilər?

Qaraciyər apsesi entomoeba histolitika yəni amoeba mənşəli ola bilər və su yada qida yolu ilə keçir. Amiplər bağırsaqda yerləşib, damarlar (portal damar və hepatik arter) yolu ilə qaraciyərə yerləşər və apsesin yaranmasına səbəb olur. İltihablı qaraciyər apsesi isə qarın içi və ya öd yolu iltihabın (kolanjit) qaraciyərə yerləşməsi nəticəsində meydana gəlir. Qaraciyər apsesinin müalicəsi əməliyyatsız,kateter yerləşdirilməsi ilə boşaltma (drenaj) və antibiotiklə həyata keçirilir.

Qaraciyərin hidatik kist xəstəliyi nədir?

Qaraciyərin hidatik kistləri, exinokok  granulozus adı verilən parazit ilə ibarət olan kistalardır. Exinokok granulozus it və qurdların bağırsaqlarında yaşayır və yumurtaları nəcis ilə atılaraq qoyun və sığırlara keçir. Daha sonra da qoyun və mal əti yolu ilə insana keçir. İnsanda isə bağırsaqdan dövran yolu ilə qaraciyərə yerləşir. Qaraciyərin hidatik kistaları əksəriyyətlə heç bir əlamət göstərmirlər, ancaq böyüdükdən sonra ələ gələ bilər və ağrı yarana bilər. Qaraciyərin hidatik kistaları, qaraciyər xarici ana öd yoluna (koledok), diafraqma yolu ilə sinə boşluğuna və ya qarın pərdəsinə (periton) açıla bilər. Hidatik kista öd yoluna açılması (rüptür) sarılığa, qarın pərdəsinə (periton) açılması isə allergik şoka (anafilaktik şok) və iltihablanması qaraciyər apsesinə yol aça bilər.

 

Kistik qaraciyər şişləri hansılardır?

• Kistadenom: orta yaşlı qadınlarda görülən kistik yaxşı xasiyyətli qaraciyər şişlərinin.

• Kistadenokarsinom: qadın və kişidə bərabər olaraq görülən qaraciyərin pis xasiyyətli və ya xəbis şişləridir. Xəstələrin çoxunda əlamət görülməz, bəzən qarında qabarıqlıq, bulanma və dolğunluq hissi görülə bilər. Nadir hallarda qaraciyər xarici (ekstrahepatik) ana öd yolunda (koledok) tıxanıqlığa və sarılığa gətirib çıxarırlar.

 Qaraciyər kistalarının yəni şişlərinin diaqnozu necə qoyulur?

• Ultrasonografi (USG)

• Kompüterli tomoqrafiya (KT)

• Maqnetik rezonans göstərmə (MHİ)

• Qaraciyər funksiya testləri (ALT və AST)

• Bilürübin testi

• Qələvi fosfataz testi

• Exinokok antikorunun araşdırılması

• Kista mayesində CA 19-9 testi

• Amip (entomoeba histolitika) antikoru

 Qaraciyər kistalarının yəni şişlərin cərrahi müalicəsi necə edilir?

Əvvəlcə, sadə kistalarda cərrahi müalicə lazım olmazkən, böyümə göstərən və ağrı, qabarıqlıq hissi kimi şikayətlənmələrə yol açan kistalarda əməliyyat yolu seçilir. Texniki olaraq, ən çox istifadə olunan metod ‘unroofing’ adı verilən üsuldur və kista divarının bir qisiminin çıxardılması (perikistektomi) və beləliklə qarın pərdəsinə (periton) rahatlıqla boşalmasına imkan yaradır.Kista cidar elektrikli koter və ya lazer ilə yandırılaraq bir daha meydana gəlməməsi üçün lazımi tədbir görülür.Keçmişdə qaraciyər kistalarının yəni şişlərinin cərrahi müalicəsində açıq əməliyyat seçim edilərkən, indiki vaxtda laparoskopik və ya robotik cərrahiyyə seçilməkdədir. Hidatik kista çıxartılırkən, kista mayesinin ani olaraq boşalmasına bağlı olaraq allergik şok yaranmasın deyə lazımlı tədbirlər alınır.

 

 

 

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN