Qaraciyər Sağlamlığını Qorumağın Yolları

 In Məsləhət, Qaraciyər - Cərrahi Əməliyyat

 Orqanizminizdə bir çox mühüm vəzifəni yerinə yetirən qaraciyərin sağlamlığını qorumaq üçün bunları edin.

Qaraciyər orqanizmimizin ən böyük orqanı olub, çox ağır rejimdə çalışan bir zavod kimidir. Özü özünü yeniləmə bacarığı olan bir orqandır. Bir tərəfdən ağız yolu ilə qəbul edilən bütün yemək və içkilərin, digər tərəfdən bütün dərman və qidaların həzm edilməsi, orqanizmə faydalı hala gətirilməsi, istifadə olunmayan və orqanizmə zərər verə biləcək formaya çevrilən hissələrinin zərərsiz hala gətirilərək orqanizmdən uzaqlaşdırılmasını təmin edir.

Qaraciyər sağlamlığını qorumağın yolları

Gigiyenaya diqqət: Gepatit BC kimi xəstəliklər müalicə edilməz isə qaraciyər çatışmazlığına yol açacaq və bu viruslara qarşı qorunmalıyıq. Xüsusilə gepatit B və gepatit A kimi peyvənd ilə qorunması mümkün olan xəstəliklərə qarşı peyvəndlər vurulmalıdır. Həmçinin bu virusların yoluxmasının qarşısını almaq məqsədilə şəxsi gigiyena bahar_doneminde_diyete_dikkat_h881295qaydalarına çox diqqət edilməlidir. Gepatit BC viruslarının yoluxmasına yol açacaq qorunmasız cinsi əlaqədən çəkinilməlidir. Sterilləşdirilməmiş material istifadə edilərək aparılan tibbi müayinələr (diş müalicələri, anjiografi, qinekoloji müayinələr və s). Döymə-tatoo, manikür-pedikür kimi tək istifadəlik alətlərdən istifadə edilməsinə diqqət göstərilməlidir.

Qidalanmağa diqqət göstərin: Obezite və nəzarətsiz diabet xəstəliyi; qaraciyər yağlanmasına yol açır. Bu piylənmə ilk növbədə sadə piylənmə şəklində başlayıb, sonra yağlı gepatit deyilən qaraciyər iltihabına yol açır. İllər sonra da yağlı gepatit sirroza çevrilə bilər. Sağlam qidalanma, yetərli fiziki fəallıq və çəki nəzarəti ilə qaraciyər piylənməsinin qarşısı alına bilər. Bu səbəblə yağlı və karbonatlı qidaların istehlakı məhdudlaşdırılmalıdır, meyvə-tərəvəzin istehlakı artırılmalı, hazır ərzaq istehlakı minimuma endirilməlidir.

Nizamlı məşq edin: Əzələ gücünün qorunması və artırılması, oynaq və əzələ çevikliyinin qazanılması, tarazlıq və koordinasiyanın gücləndirilməsi üçün mütləq müntəzəm məşqlər edilməlidir. Fərdi sağlamlığı qoruyan ən mühüm fəaliyyətlərdən biri məşq etməkdir. Məşq zamanı ifraz olunan endorfin hormonu, stressin azalmasını və özünüzü xoşbəxt hiss etmənizi təmin edir. Bu səbəblə həftədə 3-4 gün, ən azı 30 dəqiqə məşq edin.

gereksiz_yere_antibiyotik_kullanmayin_2Alkoqol istifadəsini məhdudlaşdırın: Müşayiət edən qaraciyər xəstəliyi olan insanlar heç alkoqol qəbul etməməlidirlər. Spirt həm yağlı qaraciyər xəstəliyinə həm də gepatit və qaraciyər sirrozuna yol açır.

Həkim məsləhəti olmadan “təsadüfi” dərman istifadə etməyin: Bir çox dərman və ya bitki məhsulunun qaraciyər üçün zərərli təsirləri vardır. Hansı dərman və ya məhsulun qaraciyər üçün zərəli ola biləcəyini əvvəlcədən mütləq şəkildə təxmin etmək hər zaman mümkün olmur. Xüsusilə bəzi qrup antibiotik ağrı kəsici dərmanlar, yaşıl apteklərdə satılan bitki mənşəli məhsullar və göbələk zəhərlənməsi; qaraciyərdə zədəyə yol açır və qaraciyər çatışmazlığına səbəb olur və təcili qaraciyər nəqli aparılmazsa, ölümə yol açır.

Recent Posts
Showing 2 comments
  • Fuad Nəzərov

    Salam. Qaraciyərin funksiyasını pozmamaq üçün alkol, tütün, çox yağlı qidalar və qəni dəyişilmiş məhsullardan istifadə etmək məsləhət deyil. Sağ olun

  • Kamal

    Qaraciyəri qorumaq üçün nə yemək lazımdır

Leave a Comment

Start typing and press Enter to search