Nədir?
Qarın ağrısı ayrıca bir xəstəlik deyil, bir əlamətdir. Xüsusilə ani başlayan qarın ağrılarında mütləq həkimə müraciət edilməsi və məsləhət edilmədən ağrı kəsici dərman qəbul edilməməlidir.
Ağrı cəmiyyətdə ən çox görülən şikayətlərdən biri olub, qarın ağrıları da demək olar ki hər kəsin həyatı boyu ən az bir dəfə rastlaşdığı bir vəziyyətdir. Qarın ağrısının bir çox səbəbi vardır. Artıq qida qəbulu, nizamsız qidalanma və yüngül infeksiyalar da qarın ağrısı səbəblərindəndir.
Qarın Ağrısının Səbəbləri
Qarın ağrısı bir xəstəliyi ifadə etməz. Ancaq bir çox səbəbə bağlı olaraq ortaya çıxa bilər. Bəzi xəstəliklər qarın içindəki orqanlardan ortaya çıxmasa da qarın ağrısına səbəb ola bilər. Bunun üçün ən tipik nümunə ağciyərlərin aşağı hissələri ilə əlaqəli infeksiyalardır. Sətəlcəm (pnevmoniya) olaraq adlandırılan bu kimi hallarda öskürək kimi əlamətlər ilə birlikdə qarın ağrısı da bu vəziyyətə əlavə edilə bilər. Digər bir məsələ isə infarktdır (miyokard infarktı). İnfarkt adətən sol çiyinə və qola əks olunan sinə ağrısına səbəb olarkən nadir olaraq qarın ağrısı ilə də əlamətini göstərə bilər.
Qarın ağrısının şiddəti ilə xəstəliyin şiddəti əsasən paralel seyr etməz. Məsələn, qaz sıxması və ya gastroenterit kimi öz-özünə keçən və ya sadə bir müalicə ilə sağala biləcək hallar şiddətli, qıvrandırıcı şəkildə, şiddətli qarın ağrısına səbəb ola bilər. Buna görə yoğun bağırsaq xərçəngi və ya erkən dövrdə bir appendisit çox daha əhəmiyyətli xəstəliklərdir və daha az şiddətdə qarın ağrısına səbəb olur.
Qarın ağrısı toksinlərə, infeksiya, öd yolları, böyrək, xəstəliklərinə, sidik yolu infeksiyalarına, qadınlarda adət dövrünə, ovulasiyaya, damar xəstəliklərinə, mədə, qaraciyər, pancreas, bağırsaq sistemindəki xora, xərçəng və infeksiyalara bağlı olaraq inkişaf edə bilər. Burada sayılması mümkün olmayacaq daha bir çox səbəbə bağlı olaraq da inkişaf edə bilər.
Qarın Ağrısına Səbəb Ola biləcək Əsas Xəstəliklər
–Sidik yolu infeksiyaları
–Öd kisəsi daşı, öd kisəsinin daşa bağlı iltihabı
–Körpələrdə ilk 4 ayda görülən qaz ağrıları
–Qaz sıxması
–Endometriozis
–Ərzaq allergiyası
–Qida zəhərlənməsi (salmonella, şiqella)
–Qrıja
–Mədə pozğunluğu
–Böyrək daşı
–Laktoza intoleransı (süd allergiyası)
–Adət qanaxmaları
–Yumurtalıq kisti
–Pelvik inflamatuar xəstəlik
–Sətəlcəm (adətən uşaqlarda)
–Üst tənəffüs yolu infeksiyalarından sonra
–Peptik xora
–Gastroenterit
–Uşaqlarda tez-tez görünən səbəblər
–Gastroözofagial reflyuks
–Xroniki qəbizlik
–Parazitlər
–Həddindən artıq meyvə şəkəri qəbulu
–Qan xəstəlikləri
Həkimə Müraciət Ediləcək Vəziyyətlər
–Şiddətli, təkrar olunan, artan və davamlı xarakterdə ağrılar
–Ağrı ilə nəfəsin kəsilməsi, huşunu itirmə hissi, qanaxma, qusma və yüksək temperatura olması
–Qarın ağrısının sinəyə, boyuna və çiyinə yayılması
–Nəcisdə qan görülməsi
–Qarında gərginlik və şişmə olması
Uşaqlarda Qarın Ağrısı
–Özünü yaxşı hiss etdiyi mövqedə uzanıb dinlənməsinə icazə verin.
–Yedirtməyə çalışmayın. Əgər içə bilirsə, az az maye içməsini təmin edin.
–Həkiminizlə məsləhətləşmədən hər hansı bir dərman verməyin.
–Həkimə getmədən qarın ağrısıyla birlikdə olan əlamətləri (ishal, qəbizlik,temperatura kimi), ağrının yerini, azaldan, yaxud artıran amilləri qeyd etsəniz diaqnozun qoyulmasına yardımçı olacağınızı unutmayın.
–Uşaqlarda funksional qarın ağrısı da olur.
Salam. Kliniki baxış zamanı böyük ehtimalla təyin etmək olar. Sağ olun
hekim salam..anamda qarnin sol alt terefinde 3 aydirki agrilar var getmediyimiz hekim qalmiyib butun mualice usullarini eletdirmishik ancaq xeyri olmadi…Uzi,analiz,boyrekler umumi qarin orqanlarini uziden kecirmishik…..Onceden tewekkurler….
ozur sag terefdedi agrilar..
Salam həkim. Qızım 12 yaşındadır. Tez tez qarnı ağrıyır. Qurda göre müalicə götürdü. Amma bir az sonra yenidən qarnı ağrımağa başladı. Sonra revmat olaq müalicəsi aldı. Amma yenə qarnı ağrıyır. Xahiş edirəm mənə yol göstərin onu hara aparım ümumiyyətlə qarnı nədən ağrıyır.?
Salam. Səbəbini araşdırmadan müalicə etmək düzgün deyil. Siz kliniki və instrumental yoxlama aparın. Sağ olun
Salam. Ağrılar bağırsaqların peristaltikasının güclənməsi ilə bağlıdır. Bunun üçün qidanın qəbulunu nizamlamaq daha uyğundur, nəinki dərman preparatlarının qəbulu. Sağ olun
Hekim salam.Men her yemek yedikden sonra qarnım agrıyır ve bu hal 3-5 deqiqe davam edir sonra kecir.Bu neden ola biler?bunun ucun agri kesici varmi? evellceden tesekkur edirem.