Qastroskopiya Müayinəsi

Qastroskopiya, ucunda optik kamera və işığı olan elektron bir instrumentlə mədə, qida borusu və nazik bağırsağın başlanğıc hissəsi incələnərək görüntünün TV ekranında izlənməsidir.

Qastroskopiya nə üçün aparılır? Faydaları nələrdir?

Qastroskopiya uzun müddət davam edən qarın ağrısı,mədə bulanması, qusma, udma çətinliyi, qusma ilə qan gəlməsi, mədə yanması şikayətlərində, mədə-qida borusu şişi hesab edilən xəstələrdə ilk ağla gələn diaqnostikagastroskopi_2 metodudur.
Həkim əməliyyat zamanı lazım gəldiyində lezyonlardan toxuma nümunələri götürə bilər (biopsiya).Götürülən toxumalar mikroskopda patoloq həkim tərəfindən diqqətlə araşdırılaraq dəqiq xəstəlik diaqnozunu qoyurlar.
Mədədə mikrob olub olmadığı (Helicobacter pylori) ən dəqiq mədə biopsiyasında bakteriyanın görülməsi ilə təyin edilir. Əməliyyat zamanı aşkar edilən mədə poliplərinin çıxarılması (polipektomiya), darlıqların şarla genişləndirilməsi (dilatasiya), qanayan damarların arqon lazerlə və ya iynə inyeksiyası ilə dondurularaq müalicəsi (Sleroterapiya) müasir tibbin ən son yenilikləri və nailiyyətləridir.

Qastroskopiyaya necə hazırlanılır?

Mədənin boş olması müayinə üçün zəruridir. Bu səbəblə müayinədən 6 saat əvvəl hər hansı bir qida qəbul edilməməli, çox məcburi deyil isə su içmək lazım deyil. Dərman allergiyası, ürək qapaq xəstəliyi və ağciyər xəstəliyi olan xəstələr vəziyyətlərini həkimə bildirməlidirlər.

Müayinə zamanı nələr gözlənilir / keçirilir?

Əməliyyata başlamazdan əvvəl instrumentin (öyümə və mədə bulanması) refleksini azaltmaq üçün boğaza lokal keyləşdirici sprey vurendoskopiulur.
Xəstə sol yan tərəfi üzərinə uzadılır
Xəstəyə öyümə reflexini azaldan, reaksiya gücünü zəiflədən şüurlu sedasiya tətbiq olunur. (Diazepam, Midazolam)
Alət ağızdan keçirilib udma refleksi edilərək yemək borusu və mədəyə daxil olur.
Müayinə ağrısız olub 3-15 dəqiqəlik müddətdə bitirilir.
Müayinədən sonra xəstələr yataq otaqlarında 15-30 dəqiqə istirahət etdirilir, sonra uyğun isə 1 saat içində sulu qidalar qəbul edə bilərlər.
Sedasiya olunan xəstənin müayinədən sonra 2-3 saat qədər avtomobil sürməməyi tövsiyə edilir.

Üst həzm sistemi Endoskopiyası zamanı rast gəlinən yan təsirlər nələrdir?

Sedatif Dərmanların ürək və tənəffüs sistemi üzərində yan təsirləri diqqətlə incələnməlidir.
Biopsiya götürülən və polip çıxarılan yerdə qanaxma ola bilər.
Yüksək temperatur, udma çətinliyi, boğaz ağrısı, qarın ağrısı kimi şikayətlərdə mütləq həkimə müraciət edilməlidir.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN