Rektosele Xəstəliyi və Əməliyyatı

 In Qadın Sağlamlığı

Nədir?

Rektosele, rektum adı verilən yoğun bağırsağın son hissəsinin uşaqlıq yolu (vagina) içərisinə doğru şişməsidir. Rektum divarı nazikləşə bilər və uşaqlıq yoluna doğru şiş əmələ gələrək qrıja yarana bilər və bağırsaq hərəkətləri zamanı aşağıya doğru sallana bilər. Rektosele, tez-tez qadınlarda görülməklə birlikdə, nadir olaraq kişilərdə də ola bilər. Rektosele xəstəliyinin çoxu düz bağırsağın ön divarı ilə uşaqlıq yolunun arxa divarı arasında yer alır. Bu sahəyə rektovaginal divar deyilir, rektosele xəstəliyi olanlarda bu divarda bir zəifləmə görülür. Doğuş zamanı yaralanma, doğuşda forseps istifadəsi, perina yırtıqları və doğuşda epizyotomiya aparılması ilə rektosele yarana bilər. Qəbizlik, gücənmə və uşaqlığın çıxarılması əməliyyatı (histerektomiya) rektosele xəstəliyinə yol aça bilər.

Əlamətlərirektosel

Rektosele xəstəliyi olanlar uşaqlıq yolu (vagina) və düz bağırsağa (rektum) aid əlamətləri ola bilər.

Uşaqlıq yolu əlamətləri: Uşaqlıq yolunda dolğunluq hissi, cinsi təmas zamanı şiddətli ağrı hiss etmək və vaginal qanaxma kimi şikayətlər ortaya çıxır.

Rektal əlamətlər isə: Həddindən artıq gücənmə və defekasiya aktı çətinliyi və uşaqlıq yolundan barmaqla itələmək yolu ilə defekasiya aktının həyata keçirilməsidir.Xəstələrdə adətən çanaq sümüyü içərisində təzyiq hissi və narahatlıq yaranır.

Diaqnozu

Rektosele üçün diaqnoz, düz bağırsaq və uşaqlıq yolunun müayinə edilməsindən sonra qoyulur və buna baxmayaraq, böyüklüyü yada əhəmiyyəti kifayət qədər anlaşılamaya bilər. Defekografiya adlı dərman tərkibli rentgen aparılması rektosele xəstəliyinin diaqnozunu təyin etməkdə yararlıdır.

Müalicəsi

Rektosele müalicəsində əməliyyatdan kənar üsullar ilə nəticə əldə edilməzsə, cərrahi əməliyyat tətbiq olunmalıdır. Rektosele əməliyyatında bir çox üsul vardır, əsas uşaqlıq yolu və ya makatdandır.İnkişaf etmiş rektosele xəstəliyində isə vaginal və makat yolunun birlikdə istifadə edilməsinə üstünlük verilir.

Sistosele nədir?

Sistosele, sidik kisəsinin (məsanə) uşaqlıq yolu içinə doğru qabarmasına verilən addır. Bəzi hallarda rektosele ilə sistosele birlikdə ola bilər. Sistosele xəstəliyi, sidik qaçırmasına səbəb ola bilər.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search