Serotonin Nədir və Təbii Yollarla Necə Artırılır

Müəllif
Bölmə Beyin Sağlamlığı, Serotonin

Nədir?

Serotonin bir nevrotransmitterdir. Yəni sinir hüceyrələri arasında elektrik siqnallarını daşımaq vəzifəsidir.Şəkildə iki sinir hüceyrəsi arasında parlaq nöqtələr serotonin kimi nevrotransmitterləri təmsil edir. Bunlar bir sinir hüceyrəsindən aldıqları elektrik siqnalını digərinə ötürərək, beyninin işləməsində həyati rol oynayırlar.

Serotonin beyində ifraz edilir və bədənin müxtəlif nöqtələrində istehsal olunur. Ümumiyyətlə, mərkəzi sinir sistemində və mədə-bağırsaq kanalında yerləşir. Mərkəzi sinir sistemindəki serotonin ruh halını, yuxunu, iştahı, öyrənmək qabiliyyətini,yaddaşı, cinsi əlaqəni və sosial davranışı tənzimləməyə kömək edir. Mədə-bağırsaq kanalındakı serotonin vəzifəsi isə həzmi tənzimləməkdir.ser

Geniş olaraq istifadə edilən antidepressant və anti-anksiyete dərman vasitələrinin bir çoxu serotonin səviyyəsinə təsir edir. Bu dərmanlar ifraz olunan serotonin hüceyrələri tərəfindən təkrar sorulmasına mane olaraq serotonin səviyyəsini artırır.

Serotonin və Depressiya

Bir çox tədqiqatçı serotonin səviyyəsindəki balansızlığın ruh halına təsir edib, depressiyaya səbəb olduğuna inanmaqdadır. Serotonin çatışmazlığı bu üç səbəbdən yarana bilər: Beyin hüceyrələrində istehsalın az olması, reseptor regionlarının yetərsiz olması ya da serotonin ifrazatında lazımlı olan triptofan maddəsinin azlığı ola bilər. Bu üç biokimyəvi pozğunluqdan biri meydana gəldiyi zaman, depressiya, obsesiv kompulsiv pozğunluq, anksiyete pozğunluğu, panika və hətta həddindən artıq əsəbilik ortaya çıxa bilər.

Serotonin çatışmazlığının depressiyada mühüm rol oynadığı ümumi olaraq qəbul edilsə də, yaşayan bir beyində serotonin səviyyəsini ölçmək mümkün deyil. Buna görə depressiya və ya mental bir pozğunluğun serotonin və ya digər nevrotransmitterlərin çatışmazlığından olduğunu sübut edəcək bir tibbi araşdırma yoxdur. Amma qandakı serotonin səviyyəsi ölçülə bilər və depressiya xəstələrində bu nisbət ölçüldükdə, serotonin səviyyəsinin digər insanlara görə daha az olduğu müəyyən edilmişdir (təbii ki qandakı və beyindəki serotonin səviyyələri müxtəlif ola bilər).

Bundan başqa, serotonin çatışmazlığını depressiyaya, yoxsa depressiyamı serotonin çatışmazlığına səbəb olduğu məlum deyil. Yenə də depressiya və digər mental pozğunluqların müalicəsində istifadə edilən dərmanların bir çoxu beyində serotonin səviyyəsini artırmağı əsas olaraq qəbul edir.

Serotonin və Yuxu

21-ci əsrə gəlinməsinə baxmayaraq, yuxu hələ tam olaraq başa düşülməmişdir. Amma serotonin hormonu yuxu məsələsində mühüm rol oynayır. Serotoninin yüksək səviyyələri oyaqlıq, aşağı səviyyələri yuxu ilə əlaqəlidir. Melatonin ilə birlikdə, serotonin sirkadiya saatı nəzarət edir və gün işığından təsirlənir. Gün işığı ilə serotonin səviyyəsi artar ikən, melatonin azalmaqdadır.

Serotonin səviyyəsi REM yuxusu (yuxu görülən mərhələ) əsnasında ən aşağı səviyyəsindədir. Serotonin reseptorlarına malik neyronlar REM mərhələsinə qədər bütün yuxu zamanı fəaldır. Əksəriyyətlə REM yuxusuna maneə olması üçün vəzifəlidirlər. Serotonin səviyyəsi azaldığı zaman, asetilxolin adlı nevrotransmitter səviyyəsi beyində artamağa başlayır. Bu səbəblə antidepressantların çoxu yuxu görməyi azaldır. Serotonin səviyyəsindəki artım, asetilxolin istehsalını azaldır, bu da yuxu görməyi çətinləşdirir.

Serotonin Təbii Yollarla Necə Artırılır?

Serotonin ruh halının tənzimlənməsində, yuxuda və zehnin motivasiyasında mühüm rol oynayır. Serotoninin aşağı səviyyələri depressiyaya,obsesiv-kompulsiv davranışlara və insomniyaya səbəb ola bilər. Buna görə serotonin səviyyəsinin yüksək tutulmasına diqqət edilməlidir. Qeyri-kafi və normal qidalanmama, məşq etməmək, kofein istifadəsi,alkoqol istifadəsi, süni qidalar,diyet və stress orqanizmin serotonin istehsalını iflasa uğradır. Amma serotonin səviyyəsini artırmaq üçün edə biləcəyiniz bir neçə şey var:

1.Triptofan Baxımından Zəngin Qidalarla Bəslənin

Əsas amino turşulardan biri olan triptofan serotonin ifrazatında istifadə olunan yeganə qida maddəsidir. Triptofan baxımından zəngin qidalar bunlardır: Hinduşka əti, süd, pendir, qatıq,mal əti, yumurta, lobya, badam kimi quru qidalardır.

serotoninonthebrain2. B6, B9 və B12 vitaminlərini qəbul etməkdə diqqətli olun

B6 vitamini serotonin istehsalında və digər turşu nevrotransmitterlərin ifrazatında istifadə edilir. B6 vitamini baxımından zəngin qidalar tam taxıl məhsulları, günəbaxan toxumu, qoz, yaşıl noxud, kartof, brüssel kələmi, qəhvəyi düyü, banan və avakadodur.

B12 vitamini və B9 vitamini (fol turşusu) serotonin ifrazatında birlikdə rol oynayır. B12 baxımından ən zəngin qidalar qaraciyər və qırmızı ətdir. Bunlar xaricində yumurta, pendir və kətan toxumunda da var. Fol turşu baxımından zəngin qidalar isə bunlardır: Yaşıl yarpaqlı tərəvəzlər, tam taxıl məhsulları,noxud, gül kələmi və kələmdir.

3.Məşq Edin
Gündəlik məşqlər serotonin miqdarını artırır, stressi azaldır və həzmə kömək edir. Bir çox araşdırmada idmanın serotonin ifrazatını artırdığı müəyyən edilmişdir. Xüsusilə qaçmaq və velosiped sürmək kimi aerobika məşqlər serotoninin artmasını təmin edir.

Məşqi gündəlik fəaliyyətinizin əsas hissəsi edin. Ən böyük problem, insanlar məşq etmək istəməyəndə, etməmələridir. Baxmayaraq ki, bəzən məşq etmək istəməməyinizin səbəbi serotonin səviyyəsinin aşağı olması ola bilər. Belə olduqda, çox insan televiziya qarşısında çərəz yeməyə üstünlük verir. Buna görə, o andakı hissinizə baxmayaraq idmana getməyiniz vacibdir. Özünüzə hansının mühüm olduğunu xatırladın.

4.Günəş İşığı altında çox vaxt keçirin

İnsanlar bir neçə əsr əvvələ qədər vaxtlarının çoxunu açıq havada keçirirdi. Günümüzdə isə insanlar daha çox ofislərdə vaxt keçirmək vəziyyətindədir. Günəş şüasının D vitaminini artırdığı hamıya məlumdur. Amma D vitamininin serotoninin ifrazatında rol oynadığı məlum deyil. Bu baxımdan düşündüyümüz zaman, depressiya modern zaman xəstəliyi olması məntiqli görünür.

5.Masaj Etdirin

Bir çox araşdırma masajın serotonin ifrazatını artırdığını göstərmişdir.

6.Stressi Azaltmağa Çalışın

Həyatınızda stressə səbəb olan məsələləri müəyyən edin və onları azaltmağın yollarını tapın. Çünki stress serotonin ifrazatını azaldır.

SON MƏQALƏLƏR
19 şərh
  • anonim

    Salam həkim. Məndə yuxusuzluq yaranib.yatram amma oyaq kimi.vaxtindan tez dururam yata bilmirəm..neurexan tabletkasini istifadə etmək olar?bunun bir ziyani olmaz?bagimliliq yaratmaz sonra?en azindan yuxumu qaydaya salanadək istifadə etsəm

  • anonim

    Cox sagolun

  • anonim

    Salam həkim.hiperacid qastritin hansi əlamətləri olur.təzyiqim yuxarisi 107idi

    • Fuad Nəzərov

      Salam. Hyperacid qastrit zamanı mədənin turşuluğu artdığı üçün qıcqırma epihastral nahiyədə ağrılar və göynəmə olur. Sağ olun

  • anonim

    Öd divarlarinin qalınlıgı 3mm.formasi isə s-vari əyilib dedilər.bu problem yarada bilər?

    • Fuad Nəzərov

      Salam. Öd kisəsi haqqında verdiyiniz məlumata əsaslanaraq patoloji dəyişiklik yoxdur. Sağ olun

  • anonim

    Salam həkim.mənim təzyiqim normaldi.yoxlatmisam.naxcivanliyam.burda cox müayinədən kecmisəm.hec neyin yoxdur deyirler.bir özefagual reflü xesteliyi bir də nevroz deyirler.mədəmə gorə müalicə apardm.ama yenə qayidib.bulanma məni bezdirib cox qorxuram.bunun ödlə əlaqəsi ola bilər?

  • Anonim

    Salam Həkim mən qarnımı necə arıqlada bilərəm

    • Fuad Nəzərov

      Salam.Qarın əzələləri üçün xüsusi idman proqramı mövcuddur.Əgər effekt sizi qane etməsə cərrahi yolla həyata keçirə bilərsiniz. Sağ olun

  • anonim

    Salam həkim.məndə ürək bulanmasi coxdur.günlərlə kecmir.yeyə bilmirəm.bas agrisi verir.bəzən ürəyimdə agri da hiss edirəm.bu nədən ola bilər?

    • Fuad Nəzərov

      Salam. Siz birinci növbədə arterial təzyiqinizi kontrol edin. Sonra isə EKQ aparın. Sağ olun

  • Shahnaz Salehqizi

    Doktor iş yeriniz haradadır? Sizinle nece görüşmek olar?

    • Fuad Nəzərov

      Salam. İnternational-1 Medical Center. H. Aliyev sarayının arxası. Mob. tel: 050 226 50 50. Sağ olun

  • Nurlan

    Doktor salam.Bu xestelik genetik ola biler? tesekkure direm evvelceden

ŞƏRH YAZIN