Soyuq Havalarda Dişlərimiz Niyə Sızıldayır

Müəllif
Bölmə Diş Sağlamlığı

Dişlərimizin içində damar və sinirlərin olduğu bir boşluq vardır,eyni ilə sümüklərdəki kimidir. Tam ortasında ilik dediyimiz yumşaq toxumanın yerləşdiyi hissə dişlərdə də eynidir. İliyin yəni damar və sinirlərin olduğu boşluğun ətrafında daha dəlikli sümük toxuması vardır. Bu təbəqəyə dişdə dentin deyilir. Dəlikli sümük hissəni də çox sərt bir təbəqə örtür. Dişlərdəki o ən üst səthdə olan təbəqə orqanizmimizin ən sərt təbəqəsi olan mina təbəqəsidir. Və bu mina təbəqəsi dişimizi xarici təsirlərdən qoruyan təbəqədir. Nə vaxt minada bir xəsarət ortaya çıxarsa o zaman dişlərimizdə soyuğa qarşı həssaslıq yaranır.

Dişin mikroorqanizmlər tərəfindən istilası nəticəsində diş çürüməyə başlayır. Bunun nəticəsində xarici təbəqədəki minada tökülmələr görülür və dişin daha həssas hissəsi olan dentin üzə çıxır və diş soyuq havada ağrımağa başlayır. Əgər mina da çatlayarsa yenə də soyuğa qarşı həssaslığımız artır. Bu çatlar bir travma səbəbi ilə ortaya çıxa bilər, ya da diş qıcama, sıxma vərdişi nəticəsində də meydana gələ bilər. Eyni zamanda diş qıcama, sıxma nəticəsində dişlərin çeynəmə tərəflərindəki minalarda itkilər ola bilər. Azalan mina təbəqəsi hətta yer yer yox olan mina təbəqəsi həssaslığımızı daha da şiddətləndirəcəkdir. Minanın tələfatı ilə nəticələnən travmalardan biri də düzgün diş təmizləməməkdir.

Səhv diş fırçası sedis sogkçimi dişin mina qatına zərər verir

Səhv seçilmiş sərt fırça və ya fırçadan düzgün istifadə etməmək dişlərin mina qatında maddə itkisinə səbəb olur. Bu da həssaslıq problemini ortaya çıxarır.Həssaslığın ən çox görülmə səbəblərindən biri də diş əti xəstəlikləri nəticəsində meydana gələn sümük və yumşaq toxuma itkisidir. Bu itkilər nəticəsində mina təbəqəsi ilə örtülü olmayan dişin kök tərəfi üzə çıxır və beləliklə, nəfəs almağı da çətinləşdirən soyuğa qarşı həssaslıq meydana gəlir. Dövrümüzün ən böyük xəstəliyi olan stress də soyuğa qarşı həssaslığın səbəblərindəndir. Bu necə olur deməyin. Stress və nizamsız qidalanma reflyuks deyilən xəstəliyin yaranmasına təkan verir. Yəni mədə turşusunun ağıza gəlməsi kimi. Reflyuks nəticəsində xüsusilə diş minasının az olduğu boyun bölgələrində korroziyaya, bunun nəticəsində həssaslıqlara səbəb olmaqdadır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN