Suallarla Alisklamp

Müəllif
Bölmə Sünnət - Alisklamp

Azərbaycanda ilk dəfə olaraq Ali Dərəcəli Həkim Cərrah Fuad Nəzərov tərəfindən tətbiq olunmaqdadır !

Alisklamp nədir?

Sünnət əməliyyatının qanamasız, tikişsiz, estetik, sürətli, problemsiz və yoluxucu xəstəlik riski olmadan edilməsini təmin edən anatomik uyğun tək istifadəlik bir sünnət alətidir.

 

 Alisklampın digər sünnət üsullarına görə üstünlükləri nələrdir?

Bildiyiniz kimi sünnət cərrahi bir əməliyyatdır, yəni bir əməliyyatdır. Hər əməliyyatda olduğu kimi, bütün sünnət üsullarında da bəzi ağırlaşmalar görülür.Ancaq Alisklampda sünnət ağırlaşmalarının bəzilərinə rast gəlinməz, bəzilərinə isə daha az rast gəlinir. Aşağıda yeri gəldikcə bu mövzulardan bəhs ediləcək.

 

 Alisklampı kimlər inkişaf etdirdi?klaustukas2

Sünnətin bəzi xəstəliklərin qarşısını aldığı müəyyən olunduqdan sonra, bütün dünyada klassik üsullarla sünnət sürətlə yayıldı. Bir müddət sonra klassik sünnətdə ortaya çıxan ağırlaşmaların, qəbul edilə bilməz səviyyənin üzərində olduğu görüldü. Bu ağırlaşmaları ən aza endirmək məqsədiylə sünnət alətləri inkişaf etdirilməyə başlandı. Alisklamp bu alətlərin son versiyasıdır və dünyada mövcud sünnət alətləri ilə on minlərlə sünnət etmiş həkim və köməkçi sağlamlıq işçilərinin ortaq fikirləri alınaraq bir Uroloji Mütəxəssisi tərəfindən inkişaf etdirilmişdir.

 

 Alisklamp sənədli bir alətdir?

Avropa Birliyi Uyğunluq Sənədi (CE), Patent Sənədi, Sənaye Dizayn Qeydiyyatdan Sənədi, marka qeydiyyat sənədi mövcuddur. ABŞ Qida və Dərman Dairəsi (FDA) təsdiqi alınmaq üzrədir.

 

 Alisklamp neçə parçadan ibarətdir?

Balon və yuvarlaq halqası olmaq üzrə 2 hissədən ibarətdir və çox yüngüldür.

 

 Alisklamp hansı maddədən düzəldilmişdir?

Boru qismi polikarbonat deyilən plastikdən, yuvarlaq halqası isə ağ naylondan düzəldilmişdir.

 

Alisklamp allergiya edərmi?

Alisklampın allergiya etmə ehtimalı çox aşağıdır. Biləyə plastik kəmərli saat bağlamaqdan fərqli bir təsir etməz.

 

 Alisklamp  ilə hansı yaşlardakı uşaq sünnət edilə bilər?

Yeni doğulmuş uşaqdan 15 yaşına qədər olan uşaqlara tətbiq oluna bilər. Bu məqsədlə 5 ayrı ölçüdə klamp çıxardırılmışdır (10-12-14-16-18) … Qutudan çıxan ölçmə aparatı ilə penis başının böyüklüyü ölçülərək hansı boy istifadə ediləcəyi təyin edilir.

 

Hər bir Alisklamp neçə uşaq üçün istifadə edilə bilər?

Alisklamp steril paketlər içindədir və tək istifadəlikdir. Yəni hər uşaq üçün, penis başı böyüklüyünə uyğun bir Alisklamp istifadə edilir.

 

 Alisklampın iş əsası nədir?

Kəsilib atılacaq sünnət alis_hakkinda2dərisinin, balonla yuvarlaq halqa arasında sıxışdırılması əsasına söykənir. Yeni doğulmuş körpələrin göbək ciyəsi klampı kimi funksiyanı yerinə yetirir.

 

 Sünnət dərisinin balon ilə halqa arasında sıxışdırılması penisin qan axınını pozmazmı?

Balonla halqa arasında yalnız sünnət dərisi sıxışır və kəsilib alınacaq olan sünnət dərisinə olan qan axını kəsilir. Penis başı və penis sıxışmadığı və balon içində tamamilə sərbəst qaldığı üçün, bu toxumaların qan dövranı pozulmaz.

Digər sünnətdə olduğu kimi, yox deyiləcək qədər az olsa da var olan qanqrenləşmə ehtimalı, Alisklampdan deyil, lokal anestezi üçün istifadə edilən dərmanlardan asılıdır.

 

 Alisklamp ilə sünnətdə sünnət dərisinin kəsilməsində nə istifadə edilir?

Klassik sünnətdə olduğu kimi, steril tək istifadəlik bir bisturi istifadə edilir. Kimyəvi maddə, elektrik, yandırma üçün istifadə edilən maddələrdən (lazer, koter və s) istifadə edilmir.

 

 Alisklamp ilə sünnətdə penis başı kəsilmə ehtimalı vardırmı?

Penis başı alətin balon qisiminin içində qaldığından, sünnət əsnasında kəsilməkdən tamamilə qorunur.

 

 Alisklamp ilə sünnətdə qanama olarmı?

Kəsiləcək olan sünnət dərisi, Alisklampın balonla yuvarlaq halqası arasındaa ətraflı sıxışdırıldığına görə, sünnət yerində açıq yara və qanama olmaz.Meydana gələn bir neçə damla qanama, kəsiləcək olan sünnət dərisindən olar. Bu səbəblə hemofiliya kimi qanama pozqunluğu olan uşaqlarda da rahatlıqla tətbiq oluna bilər.

 

 Alisklamp ilə sünnətdə qanama olmaması dinə uyğundurmu?

İlahiyyətçilər, sünnətdə qan axmamasının bir qorxusu olmadığı şəklində fikir bildirməkdədirlər. Qaldı ki Alisklamp ilə sünnətdə sünnət yerindən olmasa da, kəsiləcək olan sünnət dərisindən bir neçə damla qanama olmaqdadır.

 

 Alisklamp ilə sünnətdə Hepatit-B, Hepatit-C, AİDS kimi təhlükəli xəstəliklərin bulaşma ehtimalı vardırmı?

Sünnət yerində açıq yara və qanama olmadığından, bədənə mikrob girişi və bu tip xəstəliklərin bulaşma ehtimalı yoxtur.Xaricdən sünnət olan adama infeksiya bulaşmadığı kimi, sünnət olan adamdan da sünnət edənə infeksiya bulaşma ehtimalı yoxdur.Bu xüsusilə AİDS və HEPATİT’in məşhur olduğu ölkələrdə əhəmiyyət kəsb edir.

 

Alisklamp  ilə sünnətdə mikrob qapma və iltihab inkişafı ehtimalı vardırmı?

Sünnət yerində açıq yara və qanama olmadığından, bədənə mikrob girişi olmaz və iltihab inkişaf etməz.

 

Alisklamp ilə sünnətdən sonra antibiotik istifadə edilirmi?

Bədənə mikrob girişi olmadığına görə sünnət olunacaq uşağa qoruyucu olaraq antibiotik verilməz.

 

 Alisklamp  ilə sünnətdə tikiş atılrmı və damar bağlanırmı?

Sünnət dərisinin kəsilən qisimlərinin balon və yuvarlaq halqası arasında ətraflı sıxışması nəticəsində; sünnət yerində, tikiş atılmasını və damar bağlanmasını tələb edən açıq yara və qanama meydana gəlməz.

 

Alisklamp  ilə sünnətdə sarğıya ehtiyac vardırmı?

Bədəndən qanama və mikrob qapma ehtimalı olmadığından, mikrob qapma və qanamağın qarşısını almaq  məqsədi ilə sarğı etməyə ehtiyac yoxdur. Bilindiyi kimi klassik Sünnətdə tətbiq olunan bu cür sarğılar açılarkən sünnətdən daha çox ağrı  verir. Alisklampla uşaq bu ağrıdan da azad olmuş olur.

 

 Alisklamp ilə sünnətdə lokal anesteziya necə edilir?

İnsulin şprisi ilə ən çox 2 ml narkotik dərman penis kökündən, halqa meydana gətirəcək şəkildə 2 nöqtədən dəri altına vurulur (Penil subkütan ring blok).Orta hesabla 5 dəqiqə içində tam uyuşma həyata keçirilir.

 

Alisklamp ilə sünnətdən sonra kiçik tualet problemi yaşanırmı?

Sidiyin təmas etməsi nəticəsində ağrıyacaq və ya mikrob qapacaq açıq yara olmadığına görə, oğlunuz sidiyini çox asan bir şəkildə edir.

 

Alisklamp sünnətdən neçə gün sonra çıxardılır?

Sünnət uşağının yaş vəziyyətinə görə 1 ilə 5 gün sonra çıxardılır.

 

 Alisklampın çıxardılması ağrı verirmi?

Alisklampın çıxardılması əsnasında sünnət edilən uşaq bir neçə dəqiqə davam edən yüngül bir sızıntı hiss edə bilər.Tətbiq edilən aktual anesteziklərlə bu sızıntı tamamilə ortadan qaldırılır.

 

 Alisklamp ilə sünnət edilən uşaq neçə gün sonra duş qəbul edə bilər?

Suyla təmas etməsi nəticəsində ağrıyacaq və ya mikrob qapacaq açıq yara olmadığına görə, əksini söyləmədiyimiz müddətcə, sünnət olunacaq uşaq ilk gündən etibarən duş qəbul edə bilər.

 

 Alisklamp ilə sünnət edilən uşaq neçə gün sonra dənizə və ya hovuza girə bilər?

Suyla təmas etməsi nəticəsində ağrıyacaq və ya mikrob qapacaq açıq yara olmadığına görə, Alisklampın taxılı olduğu dövrdə, əksini söyləmədiyimiz müddətcə oğlunuz, təmizliyindən əmin olduğunuz dəniz və ya hovuza girə bilər.

Alisklamp çıxardıldıqdan sonrada təmiz hovuz və dənizə girə bilər. Bu vəziyyətdə sudan çıxınca quruducu yara tozlarından istifadəsi edilməsi tövsiyə edilir.

 

 Alisklamp ilə sünnətdən sonra sünnət uşağının xüsusi bir paltar geyməsinə gərək varmıdır?

Sünnət uşağı sünnətdən dərhal sonra alt paltarı və üzərinə şalvar, şort kimi gündəlik paltarlarını geyməlidir. Bir parça istifadə edilərsə parça bağlanmalıdır.Uzun köynək, sünnət alt paltarı və s. istifadə etməyə ehtiyac yoxdur.

 

 Alisklamp ilə sünnət edilən uşaq neçə gün sonra ayağa qalxa bilər?

Penis və sünnət yeri Alisklamp ilə tamamilə qorunduğuna və açıq yara olmadığına görə, sünnət uşağı sünnətdən dərhal sonra ayağa qalxa bilər, oynaya bilər, gedə, gəzə, duş edə bilər, dənizə gedə bilər, məktəbə gedə bilər. Yəni BU GÜN SÜNNƏT, BU GÜN DƏNİZ!!

 

 Alisklamp ilə səhv sünnət etmə ehtimalı nə qədərdir?

Xüsusi dizaynı və tətbiq şəkli sayəsində də, xaric ediləcək sünnət dərisinin boyunu və şəklini nizamlama, sünnət dərisinin qeyri-kafi hissəsindən çox kəsilməsinə bağlı olaraq ortaya çıxan estetik səhvlər çox nadir görülür.

 

 Alisklamp  sonsuzluq, iqtidarsızlıq, erkən boşalma kimi cinsi problemlərə səbəb olarmı?

Yalnız sünnət dərisinə əməliyyat tətbiq olunur və sünnət zamanı elektrik, istilik, lazer, kimyəvi maddə və s. istifadə edilmir Bu səbəblə bəzi sünnət üsullarında olduğu deyilən hər hansı bir cinsi problemə səbəb olmaz.

 

 Alisklamp  ilə sünnət edilən uşaq neçə gün sonra yaxşılaşır?

Yaxşılaşma müddəti ailənin məsləhətlərimizə riayət etməsinə və uşağın quruluşuğuna bağlıdır və 2 ilə 3 həftə kimidir. Burada əhəmiyyətli olan nöqtə, digər sünnət üsullarından fərqli olarak Alisklampda, sünnət uşağının ilk gündən etibarən yatmasına gərək qalmadan gündəlik fəaliyyətlərini  edə bilməsidir.

SON MƏQALƏLƏR
4 şərh
  • Uğur

    Salam. Balaca uşaqda (3aylıq) sünnət səhvləri ola bilərmi? Yəni onun penisi hələ çox balacadır və irəlidə qanqren və ya başqa fəsadlar olma ehtimalı var?
    anestezi zamanı iynə vurulur iynə vuranda uşaq ağrı hiss edir?
    Uşağa peyvənd vurulub və ya vurulacaq sünnətin peyvəndə aidiyyəti var ya yox?

    Təşəkkür…

    • Fuad Nəzərov

      Salam. Sünnət edərkən buraxılan səhvlər uşağın yaşı ilə bağlılığı yoxdur. Lokal anesteziya üçün iynə vurulur. Sünnət əməliyyatının peyvəndlə əlaqəsi yoxdur. Sağ olun

  • Anonim

    alisklamp üsülu ilə sünnət olunmuş uşaqdan aparatı sökəndə hansı anestetikdən istifadə olunur ?

    • Fuad Nəzərov

      Salam. Alisklamp aparatı ani olaraq çıxarılır və onun çıxarılması üçün heç bir anestetikə ehtiyac yoxdur. Sağ olun.

ŞƏRH YAZIN