Suda Doğuşun Faydaları

 In Hamiləlik

Suda Doğuş

Suda doğuş bir çox ana üçün daha uyğun bir seçimdir. Qədimdən suda doğuş yalnız ev şəraitində həyata keçirilərkən, artıq bir çox xəstəxana və doğum mərkəzi, ağrı və doğuş üçün nəzərdə tutulan vannalara malikdir. (Bununla yanaşı ounu da bilməliyik ki, hər yerdə bu vannaları kimlərin hansı müddət ilə istifadə edəcəyi haqqında fərqli qaydalar tətbiq olunur).Doğuş ağrılı bir prosesdir. Buna görə son illərdə populyarlığı getdikcə artan bir metoddan və faydalarından bəhs etmək istəyirəm. Bir çoxunuz suda doğuş etməyin nə olduğunu bilirsiniz. Amma daha incəliklərindən bir çox insan xəbərdar deyil. Əslində normal doğumdan texniki olaraq çox fərqli deyil amma çox asan olduğu bilinməkdədir.Bir çox qadın aşağıda sadalanan səbəblərə görə suda doğuş etmək istəyir:

Daha Az Ağrı

Suda doğuş, ağrı azaltmada olduqca təsirli olmuşdur. Bəzi araşdırmalar ağrıları azaltmada epiduralindən sonra suda doğuşun olduğunu söyləyir. Suda doğuş həyata keçirən analar ağrılarında azalma olduğunu bildirir.Suda doğuş etdiyinizə görə daha rahat bir şəraitdə olacağınız üçün epiduraldan istifadə etməyə məcbur deyilsiniz. Bu həm daha sağlam, həm də dərmansız bir doğuş deməkdir. Yenə də ağrını ən aza endirmək istəsəniz dərman istifadə edə bilərsiniz.

Daha Az Göz Yaşı

Sakitləşmə imkanı və daha rahat olma imkanı olduğuna görə, suda doğuş edən analar digərlərindən daha az göz yaşı və daha az tikiş ilə doğuş edirlər.

Sakitləşmə İmkanısuda dogus

Su, uzun zamandır sakitləşdirici xüsusiyyəti ilə tanınır. Hər şeydən əlavə,hər zaman stressi olan birinə ilıq su ilə duş qəbul etməyini deyərik, elə deyilmi? Həqiqətən də ilıq su, ağrı və doğuş prosesində də eyni təsiri göstərir; Çox vaxt bir neçə dramatik təsir ilə bərabər. Sakitləşmə doğumda olduqca əhəmiyyətlidir.

Ana Üçün Daha Çox Hərəkət İmkanı

Suyun təsiri ilə ana daha rahatlaşır. Özünü daha yüngül hiss edir. Bu vəziyyət, sancıları sürətləndirir və bəzi qadınlarda daha səmərəli sancılar olmasını təmin edir. Ana, daha az ağrı hiss etməsini təmin edən və uşağın pelvisdəki bilək hərəkətini asanlaşdıran ayaqlarını tərpətmə, çöməlmə, budlarını oynatma kimi hərəkətləri etməyə imkan tapır.

Epidural İstifadəsində Azalma

Əgər epidural istifadə etmək istəmirsinizsə, suda doğuş ağrı kəsici dərman istifadəsini azaldan bir üsuldur.
Suyun istifadə edildiyi təxminən əlli doğuşda müəyyən edilmişdir ki qadınların çoxu suda doğuş etməyə üstünlük veririr.Suda doğuş edən qadınların heç birindən şikayət eşidilməmişdir.Bununla yanaşı, yaşadığınız yerdə doğuş vannasından istifadə oluna bilərlər və ya istifadə olunmaya bilərlər haqqında məhdudiyyətlər də ola bilər.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search