Süni Mayalanma Nədir?
Bəzi sonsuzluğu olan cütlərdə qısırlığın səbəbi, kişi döl hüceyrələrinin (sperma) çatışmazlığı, qüsuru və ya heç olmamasıdır. Belə hallarda sağlam və kifayət qədər spermanın həkim tərəfindən bir vasitə köməyi ilə ana bətninə verilməsinə süni mayalanma deyilir. Sonsuzluq olan cütlərdə pozğunluq yalnız kişi döl hüceyrələrinə aid isə və qadının uşaq doğmasına mane edəcək başqa bir səbəb yoxdursa, belə bir cütlük istədiyi təqdirdə süni mayalanma ilə uşaq sahibi olur.
Süni mayalanma iki formada aparılır. Ya qadının şəxsən ərinin spermasından istifadə edilir (Homologik inseminasiya), ya da başqa bir kişinin sağlam spermalarından istifadə edilir (Heteroloq inseminasiya).
Homologik inseminasiyada qadının öz ərinin spermasından istifadə edilməsi mənasız kimi görünür.Əgər, öz spermaları sağlamdırsa, niyə normal mayalanma olmur, süni mayalanma aparılır – deyə düşünə bilərik. Bəzi kişilərdə qısırlıq səbəbi “impotans” ola bilər. Bu halda penisdə ereksiya olmadığı üçün normal cinsi əlaqə yaranmır. Halbuki spermalar sağlamdır. Bəzi hallarda da spermalar sağlam olur, lakin miqdar olaraq azdır. Yetərsiz olan bu spermaların yığılması ilə normal miqdara çatılaraq mayalanma ola bilər. Yuxarıda göründüyü kimi kişi spermasının yetərsiz olduğu bəzi hallarda, bunların yığılması ilə normal ölçülərə çataraq süni mayalanmada istifadə edilə bilər.
Heteroloq inseminasiyada isə qadının həyat yoldaşının spermaları tamamilə kifayət qədər olmadığından və müalicəylə düzəlməyəcək ölçülərdə olduğuna görə, başqa bir kişinin sağlam spermaları istifadə edilir. Belə heteroloq inseminasiyanı qəbul etməyə qərar vermək olduqca çətin bir prosesdir. Ölkəmiz kimi bəzi ölkələrdə dini inanclar və adətlər belə bir əməliyyatı qəbul etmirlər.Süni mayalanmada, istər təzə və ya istər dondurulmuş sperma istifadə edilsin, proses eynidir.
Qadının ovulyasiya günündən bir gün əvvəl, ovulyasiya günündə və ovulyasiya günündən bir gün sonra olmaqla ard-arda üç gün süni mayalanma edilir. İstifadə ediləcək spermalar bir injektor köməyi ilə, yavaş-yavaş olaraq ana bətninin ağzına qoyulur, ya da çanaq formasında kiçik bir qaba qoyularaq ana bətnin ağzına qoyulur və sperma ana bətni içinə öz-özünə keçmələri təmin edilir. Bu prosesdən sonra qadının budunun altına bir yastıq qoyularaq yarım saat qədər kürək üstü yatması tələb edilir. Süni mayalanma, hamiləlik yaranana qədər hər ay təkrarlanır.