Sünnət nədir?
Doğru sünnət, cərrahi, asepsi və antisepsi qaydalarına riayət edilərək, cərrahi stabilizasiya şərtlərinin təmin edildiyi, təcrübəli, təhsilli, mütəxəssis həkimlər tərəfindən edilən sünnətdir.
Uşaqlar doğulduğundan bir gün sonra sünnət edilə bilərlər ancaq uşaqda doğuşdan penis anomaliyası (normal olmayan) var isə irəlidə sünnət dərisi, penisin bərpasında istifadə ediləcəyinə görə yeni doğulan uşağın sünnəti həyata keçirilməməlidir. Bununla bərabər vaxtsız və ya anadangəlmə bir xəstəlik var isə, ya da ailədə hemofiliya xəstəliyi əhvalatı var isə yeni doğulan uşaq sünnət edilməməlidir. Sünnətin hansı yaşda edilməsi mövzusunda isə sünnət, əməliyyat otağı qaydalarında, cərrahi prinsiplərə riayət edilərək, təcrübəli bir mütəxəssis tərəfindən edilir və əməliyyat sonrasında yara qulluğu qaydalara uyğun şəkildə aparılmalıdır.
Uşaq ən tez nə vaxt sünnət edilə bilər?
Uşaq dünyaya gəldikdən sonra ən ideal zamanda sünnət edilir. Bu qərar ailələrin fikirlərinə görə fərqlilik göstərir.
Ən uyğun yaş ya da ay hansıdır?
Sünnət əməliyyat otağı qaydalarında, cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən edilir və əməliyyat sonrasında yaraya qulluq qaydalara uyğun şəkildə edilərsə hər yaşda sünnət həyata keçirilir. Bununla bərabər üç yaş civarında olan uşaqlar öz cinsiyyətlərini və genital orqanlarını tanımağa başladıqlarına görə, bu yaşlarda bölgə ilə əlaqəli cərrahi müdaxilələr daha xəssas olur. Bu dövrdə uyğun olmayan şərtlərdə edilən sünnət, təbii olaraq, psixoloji olaraq daha çox təsir edə bilər. Unutulmamalıdır ki,yaşca böyük uşaqlarda belə, yaşıdlarından eşitdikləri hekayələrə görə uyğun psixoloji hazırlıq aparılmadığı təqdirdə, sünnət travmatik bir müdaxilə olaraq yadda qala bilər.
Doğar doğmaz edilən sünnətin riski varmıdır?
Sünnət edildikdən sonra ən çox qarşılaşılacaq şikayətlər qanama və infeksiyadır.Təzəcə doğulan uşağın sünnət edilməsinə maneə olan şərtlərdə, cərrahi müdaxilənin bəhs etdiyimiz riskləri göz önünə alınmamalıdır.
Doğar doğmaz edilən sünnətin üstünlükləri nələrdir?
Əvvəlcə, cərrahi müdaxilə ilə ələqəli şüurlu bir xatırlama olmayacaqdır. Uşaqların böyümə sürətli olduğu üçün yara yeri qısa zamanda yaxşılaşacaqdır. Lokal anesteziya ilə edildiyinə görə əməliyyatdan qabaq və sonrasında ac qalmaq lazım deyil. Ana zahılıq dövrü içərisində olduğuna görə, ananın vücud mayelərində ifraz edilməkdə olan mövcud hormon və bir sıra zülallar (endorfinlər) ilə qan müdafiə sistemi, əmizdirmə yoluyla uşağa çatdırılaraq cərrahi müdaxilə üzərində qoruma təsiri göstərəcəkdir. Bu qoruma faktorları təsiri ilə sünnət sonrası dövrdə ağrını aradan qaldıran dərmanlardan istifadə etməyə ehtiyac olmayacaqdır. Son olaraq, yeni doğulan sünnət olunmuş uşaqlarda, bölgənin təmizliyi daha asan olacağından idrar yolu infeksiyası riski azalır.
Sünnət etdirdikdən sonra nələrə diqqət edilməlidir?
Yeni doğulan uşaqlarda sünnət dərisi penis başına yapışıq olduğuna görə, sünnət sırasında bu yapışıqlığın ortadan qaldırılması nəticəsində penis başı dərisi özünü yeniləyənə qədər, alt vəzinə yapışmamağa qarşı tədbir görülür. İlk iki gün ərzində antiseptikli kremlər sünnətli bölgə üzərinə gündə üç dəfə sürtmək lazımdır. Uşaqlar sünnət sonrasında beşinci gün sünnəti edən həkim tərəfindən yoxlanılır və duş qəbul etməyinə icazə verilir. Qoyulan tikişlər öz-özünə əriyərək düşər yəni ki, sökülməsinə ehtiyac yoxdur.
Şikayətlər nələr ola bilər?
Hər əməliyyatda olduğu kimi qanama və yara yeri infeksiyası olan şikayətlərin başında gəlir. Yeni doğulan bir uşağın əməliyyat edildiyi düşünsək və sahənin mütəxəssisi olmayan həkimlər tərəfindən edildiyi təqdirdə, penisi örtən dəri lazım olduğundan çox qıssaldılmış hal penis başının retensiya olması şəklində qarşımıza çıxar. Ya da sünnət dərisi lazım olduğundan çox buraxılsa, irəlidə ikinci dəfə sünnət etdirmək məcburiyyəti yarana bilər. Sünnət sonrasında lazımi dərəcədə qulluq edilmədiyi hallarda isə penil dərinin glansaya yapışıqlığı mövzu ola bilər.
Hansı halda həkimə müraciət etmək lazımdır?
Sünnət sonrasında bu hallarda həkimə müraciət edilməlidir : Əgər göz yaşı axar kimi davam edən bir qanama var isə, uşaq sidiyə gedərkən çətinlik çəkərsə və ağlayarsa, penis və çevrəsində gözləniləndən çox şişmə və ya istilik olarsa yenidən həkim yoxlanışına ehtiyac vardır.
Hekim salam. Oglum 1 yas 10 ayligdi. Sunnet olmayib. Sahe hekimi umumi baxis kecirerken usagin yumurtaliglarinin asagi dusmediyini dedi. Bele hal mumkundurmu? mumkundurse bunun sebebi ve cixis yollari varmidir?
Salam. Narahat olmayın. Uşaq yoxlanmalıdır. Hələ gec deyil. Müvafiq müalicə ilə düzələr. Sağ olun
Hekim salam. Menim oglumun 3 yasi var. 40 gunu tamam olanda sunnet etdirmisik. Amma deri cinsiyyet uzvune yapisib. 3 defe acdirmisiq muxtelif cerrahlara amma netice eynidi bir muddet sonra yene spayka yaranir. Bu usaqin geleceyinde hansisa problem yarada biler?
Tesekkur edirem evvelceden
Salam. Siz dediyiniz vəziyyəti qiymətləndirmək üçün uşağa baxış keçirmək lazımdır. Sağ olun
Mənim qardaşım oğlu sünnət edilmiş şəkildə dünyaya gəlib.Bu nə cür olur?
Salam. Sünnət olunmuş halda deyilən vəziyyət sidik yollarının yüngül formada patologiyasıdır. Hər hansı patologiyaya görə əməliyyata göstəriş olub olmamağını təyin etmək üçün həkimə müraciət edilməlidir. Sağ olun.