Tərləmək Yaraları Yaxşılaşdırır

 In Tər Vəziləri

Böyrək daşlarını qoruyan və toksinlərin bədəndən atılmasını təmin edən tərləmə, tər vəzilərinin içində olan kök hüceyrələr sayəsində yaraları yaxşılaşdırma funksiyasına da malikdir.

Tərləmək bədəndəki artıq istiliyi çölə atmaq yoludur. Hamımız tərləməkdən şikayət etsək də tərləmə olmasa, sağlamlığımız yerində olmaz.

 Tərləməyin Bədənimizə Olan Faydaları

Tər vəziləri yaraları sağaldır: Aparılan araşdırmalar cildimizdə olan milyonlarla tər vəzinin yaraları sağaldan kök hüceyrələrinə da sahib olduğunu göstərir. Mütəxəssislər tər vəzilərinin daha dərindən araşdıraraq yaraların yaxşılaşması istiqamətində yeni addımlar atıla biləcəyini bildirib.

Toksinlərin bədəndən atılmasını təmin edir

Tərləmə sayəsində orqanizmdəki zəhərli maddələr çölə atılır. Həddindən artıq duz, xolesterin və alkoqoterlemekl tər vasitəsilə bədəndən kənarlaşdırılır.

Antibiotik kimi təsir göstərir

Cildimizdə bir yara olduğu zaman tər vəzilərindən ifraz olunan antibiotik təsirli dermcidin kimi maddələr sürətli bir şəkildə yaranın üzərində bakteriya və virusları öldürür.

Böyrək daşlarından qoruyur

Aparılan araşdırmalar tərləmə ilə daha çox maye qəbuluna ehtiyac duyan insanların bunun sayəsində böyrək daşlarından da qorunduğunu göstərir.

Bədənin təbii havalanması

Bədənimiz olduğu mühitin temperaturuna tərləyərək ayaq uydurur. İdman edərək tər vəzilərinin daha effektiv işləməsini təmin edə bilərsiniz və temperatur dəyişikliklərinə daha asan uyğunlaşa bilərsiniz.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search