Bankalar dəriyə fiziki təsir edir. Altdakı toxumalara və üzvlərə çoxlu qan gəlməsini təmin edir, iltihab (soyuqdəymə) hallarının sorulmasını yaxşılaşdırır və ağrını azaldır. Xəstəyə quru bankalar qoyulur. Bunlar balaca şüşə stəkanlar olub ağzı yoğun və hamar, dibi enli və dəyirmidir. Bankaları döş qəfəsinə, qabaqdan sağa kürəyə, belə qoyurlar.
Əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır.
Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə) başlayır və tez yayılır.
Onurğa sütununa, ürək nahiyəsinə, qadınlarda süd vəzilərinə banka qoymaq olmaz.Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya, plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.
Bankaya göstərişlər: döş qəfəsindəki üzvlərin iltihab prossesləri, qabırğaarası nevralogiyalar radikulitlər (bel ağrısı).
Əks göstərişlər: ağciyər qanaxmaları, ağciyər vərəmi, döş qəfəsinin şişləri, dəri xəstəlikləri, dərinin həddən artıq həssaslığı, qıcolmalar.3 yaşına kimi olan uşaqlara tibbi bankalar qoyulmur.Eyni zamanda xəstədə hərarətin 37,5 C-dən yuxarı qalxması da bankaların istifadəsi üçün əks göstərişdir.
Banka qoyulma qaydası: xəstəyə 10-20 banka qoyulur. Banka əvvəlcə yuyulur, ağzının sınıq olub-olmamasına baxılır. 12-15 sm metal telə pambıq sarıyıb və tez alışan mayeyə (spirt) azca batırılır.Bədəni yandırmasın deyə dəriyə vazelin və ya başqa bir yağ sürtülməlidir. Bankanı sol əldə xəstənin bədəninə yaxın saxlayır, sağ əldə isə tampon (pambıq topacığı) bankaya salıb çıxarılır və dərhal bədənə qoyulur. Bankadakı əmələ gəlmiş seyrəklik sayəsində dəri bankanın içərisinə sovrulur və banka bədənə möhkəm yapışır.
Bankalar yaxşı qoyulubsa dəri qaralır.Demək, bura qan toplanmışdır. Bankanı çıxartdıqdan sonra xəstə qalın geyindirilir, üstü örtülür. Bundan sonra xəstə azı bir saat uzanmalıdır.
Beləliklə, tibbi bankaları yalnız həkimin müayinəsindən sonra və həkimin icazəsi ilə istifadə etmək olar. Əks halda siz xəstənin sağlamlığına ziyan vura bilərsiniz.
Salam bes medenın ustune qoymaq olar deyırler medenı yıgır ve acliq hısını azaldır?
Salam. Tibbi Banka magistral damarlar, qarin boşluğu orqanları üzərinə qoyulması yol verilməzdir. Sağ olun
Doktor salam.menim 29 yasim var demek olar ki her xestelenende soyuqdeyme olanda banka saldiriram bas agrisina doze bilmirem ona gore.Bunun nese ziyani ola biler mene?
Salam. Banka saldırmaq olar ancaq onu magistral damarların və onurğanın üzərinə qoymaq olmaz. Sağ olun.