Uçuqlar və Onun Yaranma Səbəbləri

Müəllif
Bölmə İmmunitet Sistemi

İmmunitetin zəifləməsi ilə yaranan aft və uçuqlardan bu üsullarla xilas ola bilərsiniz.

Nədir?

Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir. Ağız içərisindəki aft və uçuqlar hər 10 nəfərdən 3-də ortaya çıxır.

İmmunitet sisteminin zəifləməsi, yorğunluq, dəmir çatışmazlığı kimi səbəblərin təkan verdiyi aftlar və uçuqlar təqribən dünya əhalisinin 80%-i ömürlərində ən azı bir dəfə bu xəstəliyi keçirmişlər.Tez-tez aft və uçuq problemi yaşayanlar həkimə müraciət etməlidirlər,bunun altında yatan səbəblərin müəyyən edilməsi əhəmiyyətlidir.Aft ağız içərisində, diş ətlərində, yanağın içəri tərəfində və dildə yaranan olduqca ağrılı xora şəklində olan lezyonlardır. Bu lezyonlar dodaqlarda olarsa buna uçuq deyilir. Solğun ağ şəkildə əmələ gəlirlər və kənarları çox qırmızı olur. Aft bir virus mikrobu olduğu üçün antibiotiklə müalicə edilmir. Antiviral müalicə faydalıdır.agiz_icinde_yara_aft

Gənc insanlarda daha çox yaranır

Əhalinin yüzdə 15-28-i arasında görülən aftlar daha çox 18-26 yaş arasında gənclərdə olur. B12dəmir çatışmazlığı halında aft və uçuğun yaxşılaşması ləngiyir; yaranması daha da artır. Həddindən artıq duyğusallıq,adət dövrü və stresli iş şəraitləri aft yaranmasının səbəblərindəndir. Həddindən artıq duzlu və ədviyyatlı yeməklər aftın yaranmasına kömək edir. Ani qorxu və həyəcan da uçuq olmasına səbəb olur.

Uçuqlamanın əlamətləri

Uçuq çıxacaq yerdə təqribən 24 saat əvvəldən qaşınma, qızarma, yanma hiss olunur. Daha sonra bu əlamətləri şişmə və sulu qabarlar əvəz edir. Bu qabarlar isə danışarkən, gülərkən, yemək yeyerkən ağrı verməyə başlayır.

Uçuqlamanın səbəbləri

Uçuqlamaya səbəb olan Herpes simplex virusu insan vücuduna daxil olaraq uçuqlama üçün lazım olan şəraiti yəni insan vücudunun zəifləməsini immunitetin aşağı düşməsini gözləyir.

Uçuqlama isəUÇUK

Stress
Soyuqdəymə, qrip, yüksək hərarət
Həddən artıq yorğunluq və yuxsuzluq
Harmonal dəyişikliklər zamanı ortaya çıxır.

Müalicəsi

Aftların yaranmasının qarşısını almaq və tez yaxşılaşması üçün gündə 2 dəfə karbonatlı su ilə qarqara edin.
Yarım stəkan suya 2 şəkər qaşığı qaya duzu əlavə edilərək 2 saatda bir qarqara etmək olar. Bu qarqara antiseptik təsir göstərəcəkdir.
Çöl qatırquyruğu otunu qaynadın və gündə 2 dəfə ağzınızı bu su ilə yuyun.
Sarımsaq antiseptik xüsusiyyətinə görə əzilərək aft olan bölgəyə sürtmək olar. Həddindən artıq soyuq və isti qidaları istehlak etməkdən çəkinin.
Pomidor, çiyələk, qəhvə, şokolad kimi qidalar ağız yaralarının ömrünü artıra bilər.
Aft və uçuqların öz-özünə yaxşılaşma müddəti 7- 10 gün qədərdir. Ancaq aftların böyük olması halında bu müddət 4-5 həftəyə qədər uzana bilər.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN