Ümumi Cərrahiyyə

Müəllif
Bölmə Cərrahlıq

Ümumi Cərrahiyyə Nədir?

  

  Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır.

Ümumi Cərrahiyyə xəstələrinin böyük bir hissəsi müxtəlif tipdə xərçəng xəstəliklərindən ibarətdir. Bu xəstələr üçün diaqnostik, əməliyyat və sonrakı müalicə mərhələlərinin planlaşdırılması Qastroenteroloji, Radyologiya/ icraedici Radyologiya, Patologiya, Medikal və Radiasiya Onkologiyası ilə əməkdaşlıq içində  fəaliyyət göstərir.

Ümumi Cərrahiyyənin bir digər maraq sahəsi də travmatologiyadır. Travmalı xəstələrdə tez-tez orqan   yaralanmalarının yaranması səbəbiylə Ortopedik,Neyrocərrahiyyə, Urologiya, Ürək    və Damar Cərrahiyyəsi hissələri ilə birlikdə hərəkət edilir. Xüsusilə şiddətli çoxlu orqan yaralanmalarında, bütün bu tibb sahələrinin koordinasiyasını Ümumi Cərrahiyyə Bölümü daşımaqdadır.

Ümumi Cərrahiyyə xəstələriÜmumi Cerrahiyyenin müalicəsində ən əhəmiyyətli mərhələlərdən biri də əməliyyat sonrasında xəstənin ən qısa müddətdə əvvəlki həyatına dönəcək hala gəlməsidir. Bu da Fiziki Müalicə və Reabilitasiya bölümü ilə yaxın əməkdaşlıq içində olmaqla həyata keçirilir.

Həkimlik tətbiqlərinə aid müalicə edici cərrahi tətbiqlərin daxil olması ilə birlikdə “Cərrahlıq” ayrı bir həkimlik sahəsi olaraq mənimsənmiş ancaq, o dövrlərdəki cərrahi üsulların məhdud olması səbəbi ilə bütün cərrahi sahələr “Ümumi Cərrah” adı altında ələ alınmışdır. Halbuki inkişaflara paralell olaraq gedərək ayrı orqan və ya sistem cərrahi tətbiqləri ümumi cərrahiyyənin bölünüb fərqli cərrahi sahələrin yaranmasına səbəb olmuşdur. Bu mənada qiymətləndirdiyimizdə beyin cərrahiyyəsi, qulaq-burun-boğaz, göz, ağciyər cərrahiyyəsi, ürək və damar cərrahiyyəsi, urologiya (böyrəklər, sidik yolları məsanə və kişi genital orqanları), qadın-doğum, ortopediya, plastik cərrahiyyəsi, uşaq cərrahiyyəsi kimi cərrahi sahələr Ümumi Cərrahiyyədən ayrılmışdır.

Bu gün “Ümumi Cərrahiyyə” deyilincə: tiroid cərrahiyyəsi, məmə cərrahiyyəsi, yemək borusu, mədə, incə və qalın bağırsaqlar, makat xəstəlikləri (hemorroid …), qaraciyər, pankreas, öd kisəsi və öd yolları, yırtıq cərrahiyyəsi anlaşılmaqdadır.

Göründüyü kimi, günümüzdə ümumi cərrahiyyə mövzularını əhatə edən tək ümumi cərrahiyyə təhsili olmaqla birlikdə,daha çox meylilik ümumi cərrahiyyə mütəxəssisliyindən sonra daha spesifik sahələr üzrə ixtisaslaşma olduğu yönündədir.

Deməli,Ümumi Cərrahiyyəni Hepato-pankreato-biliyar Sistem və ya Qaraciyər-pankreas-öd kisəsi və Yolları Cərrahiyyəsi, Gastro-bağırsaq cərrahiyyəsi və ya Həzm Sistemi Cərrahiyyəsi (yemək borusu, mədə, incə və qalın bağırsaqlar və makat bölgəsi xəstəlikləri) və Tiroid (endokrin) – döş Cərrahiyyəsi olaraq ələ almaq ümumi bir tətbiqdir.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN