Ürək Döyüntüsü Şüur İtkisinə Səbəb Olur

Müəllif
Bölmə Maraqlı

Ürək Döyüntüsü

Ürək döyüntüsünün sürətlənməsi, nizamının pozulması və ya nadir hallarda ləngiməsi hallarında hiss edilən döyüntü (ritm pozğunluğu) şikayəti artıq təkcə yaşlılarda deyil, uşaqlarda və hətta körpələrdə belə rast gəlinir. Ürək döyüntüsünün yandırılaraq və ya dondurularaq müalicə edilmə üsulu olan “ablasiya,” hər yaşdakı xəstəyə rahatlıqla tətbiq edilə bilər.

Stress, qeyri-sağlam qidalanma, hərəkətsizlik, çox miqdarda kofein tərkibli içkilər istehlak etmək kimi səbəblərlə ortaya çıxan ürək döyüntüsü, ürək sürətinin yüksək, aşağı, ya da nizsaglik-kalp-oruc-mkleamsız olduğu hallarda özünü göstərir. Adətən ürək ritmi ilə bağlı bir xəstəliyin ilk siqnalını verən döyüntü, bəzən də ritm problemləri başqa struktur ürək xəstəliklərinə dəlalət edə bilir.

Xüsusən genetik ürək xəstəliyi olan xəstələrdə meydana çıxan ritm problemləri xəstənin həyatına son qoya bilər.Ürək döyüntüsü, insanda şüur itkisinə səbəb olur. Bəzən də həyəcanla birlikdə təzyiqdə düşmə, ciddi tənəffüs çətinliyi meydana gəlirsə, altda yatan başqa bir ürək xəstəliyi ola bilər və bu vəziyyətin mütləq araşdırılması lazımdır. Ürək ritminin yüksək sürətdə davam etməsi, ürəyin yığılıb açılma funksiyasında ciddi problemlərə və hətta ürək çatışmazlığına da səbəb ola bilər. Həmçinin ürəyin qulaqcıq hissələrindən irəli gələn, “atrial fibrilasiya” deyilən ritm problemi, şəkər xəstəliyi, hipertoniya kimi başqa risk amillərinin də təsiri ilə ürək içində laxta yaradaraq iflic keçirmə ilə yanaşı bir çox problemə yol aça bilər.

Müalicəsi

Ürək döyüntüsü müalicəsinin, döyüntüyə səbəb olan vəziyyətə görə dəyişə bilər.Ürək döyüntüsü müalicəsində, əgər xəstənin altda yatan başqa bir narahatlığı varsa, bəzən bu narahatlığı müalicə etmək, döyüntü problemini də ortadan qaldırır. Ancaq bəzi xəstələrdə dərmanla və ya elektrofizioloji müalicə kimi daha bir neçə mərhələ lazımdır.
Hal hazırda,ürək döyüntüsü müalicəsində istifadə edilən üsul olan ablasiya, əsas olaraq ürəyin içərisində ritm probleminin qaynaqlandığı bölgənin ucu isinən kateterlər vasitəsilə həyata keçirilir. Bəzi xəstələrdə bu əməliyyat üçün ucu mənfi 70 dərəcəyə qədər soyuyan kateterlərdən istifadə edilir.

Müalicə üçün əvvəlcə qasıq toplardamarlar və ya döyüntüyə səbəb olan problem əgər ürəyin sol tərəfindədirsə, o zaman arteriya yoluyla ürəyə müxtəlif kateterlər vasitəsilə girilib döyüntüyə təkan verilməsi təmin olunur. Bu zaman əldə edilən ölçülər və manevrlərlə döyüntünün olduğu ərazi müəyyən edilir. Daha sonra bu bölgə isidilərək və ya dondurularaq döyüntünün əmələ gəlmə mexanizmi aradan qaldırılmağa çalıf8ad11756d87483691e77719316e9de9şılır.Xüsusilə döyüntüsü tez tez olan və həyati risk yaradan, dərman istifadə etmək istəməyən və ya dərman istifadəsinə görə yan təsir meydana gələn xəstələrdə, ablasiya ən doğru müalicə üsuludur.

Ablasiya əməliyyatından sonra şəxslərin qısa müddətdə sosial həyatına geri qayıdırlar.Ürək döyüntüsü, son illərdə uşaqlarda və hətta körpələrdə belə tez tez ortaya çıxır. Belə ki, körpələr doğuşdan ürək xəstəlikləri ilə dünyaya gələ bilirlər. Xüsusilə hamiləlik dövründə istifadə olunan zərərli maddələrin, uşağın anadangəlmə ürək xəstəliyi ilə dünyaya gəlməsinə səbəb ola bilər və ürək döyüntüsü olan uşaqlarda tənəffüs çətinliyi, əmərkən tez yorğunluq, ayaq topuğunda şiş kimi əlamətlər müşahidə olunur. Əgər döyüntüyə ritm pozğunluğu səbəb olursa, 5-6 yaşına qədər körpələrə və uşaqlara dərman müalicəsi, 6 yaşından sonra isə elektrofizioloji iş və ablasiya müalicəsi tətbiq olunur. Uşaqlarda bu əməliyyat əsnasında radiasiyanın təsirini azaltmaq üçün elektroanatomik xəritələmə kimi radiasiyasız müalicə üsulları da istifadə edilir.

SON MƏQALƏLƏR
10 şərh
  • KARAT

    salam doktor menim 22 yasim var mende kecen ilin qis ayinda yaranib bu problem . demeli mende urek doyuntusu cox olur 100 beraber olur bezen bele olanda hem asaqi hemde yuxari teziqim asaqi dusur ikside . ama bezende iksinde yuxari qalxir urek doyuntusu ile bu neden ola biler sebebi nedir xaiis edirem buna izah getirin . urek hekiminede getdim dedi ureyinde hecne yoxdu guclu sinir pozgunluqu var . coxdandi olmurdum bele dunen axsam meni tapdii yene bu

    • Fuad Nəzərov

      Salam. Böyük ehtimal dediyiniz vəziyyət sınır mənşəlidir.Kardioloji problem mənzərəsi deyil. Sağ olun

  • Cuhay Memmedova

    Salam Hekim.Menim 19 yasim var.Urek implusum normalda 115-120 olur.Tezyiqim tez-tez qalxir.160-95 olur.Bu hallar artiq 6 7 aydir mende davam edir.2 il evvel kordioloqa gedende ritm pozuqlugu diaqnozu qoyulmusdu.Mualiceni almadim.Sebebi nedir bu hallarin?Onceden tesekkurler

  • Gurshad

    Salam mende aritmiya olur daimi olmur 4-5 aydan bir olur onu ablasya etdirsem düzeler? Düzelerse harada neceye etdire bilerem? Saq olun

  • sahibə

    Salam 9 yaşlı qızımda revmatik miekard kəskin faza müalicə alır tam sağala bilərmi

    • Fuad Nəzərov

      Salam. Revmokardit xəstəliyi bu gün gözəl müalicə olunur. Onun üçün geniş dərman preparatları vardır. Sağ olun.

  • cavidan

    salam urey fibrelizasiyasi ne demekdir?

    • Fuad Nəzərov

      Salam. Ürək əzələlərinin diskordinasiyalı işləməsidir. Bu zaman ürək öz funksiyasını tam yerinə yetirə bilmir. Sağ olun.

ŞƏRH YAZIN