İsti və uzun yay günləri sağlam insanlar üçün istirahət günləri kimi xatırlanır. Ancaq yayın ən isti günlərinin yaşandığı bu dövr, tədbir görülmədiyi təqdirdə xroniki xəstələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Artan istiliklər ilə yemək içmək miqdarının artması birləşərək, xüsusilə diabet, qan təzyiqi və ürək damar sərtliyi kimi problemləri olanlar çətinlik çəkirlər.
Daha çox qida qəbul etmək və şirin meyvələr diabet xəstələri üçün zərərlidir.
Uzun günlərdə gecə saatlarına qədər yemək yeyilir.Süfrələrdə olan glisemik indeksiyası çox olan qarpız, yemiş kimi qidalar diabet xəstələrinin qan şəkər xəstəliklərinin artmasına səbəb olur. İsti günlərdə ortaya çıxan maye çatışmazlığı da diabet xəstələrinin şəkər nizamını pozan digər bir amildir. Bütün bu səbəblərlə diabet xəstələrinin yay aylarında qidalanmalarına daha çox diqqət göstərmələri və günəşin altında çox vaxt keçirməmələri lazımdır.
İstidə ürək xəstələrinin damarları genişlənir
İsti havaya uyğunlaşmağa çalışan bədənimiz bəzi mexanizmlərdən istifadə edir. Bədən temperaturunu aşağı salmaq üçün dəri damarları genişlənir, dəri qan dövranı artır və tərləmə baş verir. Sağlam insanların bədən temperaturunu aşağı salmada olduqca effektiv çalışan bu mexanizm, ürək damar sərtliyi və qan təzyiqi olan xəstələrdə problemlərə yol aça bilər.Ürək bu yeni vəziyyətə uyğunlaşmaq üçün daha sürətli işləmək məcburiyyətində qalır. Bu vəziyyət də ürək ritm problemlərinə,infarkta, təzyiqin aşağı düşməsinə ya da ani yüksəlmələrə, beyin qanamasına və ifliclərə səbəb ola bilər.
Xroniki xəstəliyi olanlar yay aylarında bunları etməlidirlər
-Orqanizminizin xəbərdarlıqlarını nəzərə alın
-Kardiotonik müayinədən keçin
-Tətil planlarınızı müayinədən sonraya saxlayın
-Günorta saatlarında çölə çıxmayın
-Bol maye istehlak edin
-Həkiminizlə məsləhətləşmədən oruc tutmayın
-Sağlam olsanız da oruclu ikən qidalanmağınıza diqqət edin.