Uşağın Makrozomik olaraq Doğulması

 In Körpələr

Nədir?

Makrozomi uşağın 4,5 kilodan çox doğulması kimi xarakterizə olunur. Körpə iri körpə kimi təsvir edilir. Hər 100 körpədən 5 – 10 dənəsi makrozomik olaraq dünyaya gəlir. Çox nadir hallarda olsa da vaxtından qabaq doğulmuş körpələrdə də makrozomi ola bilər.Makrozomi adətən hamiləlik diabeti kimi adlandırılan gestasyonal diabetlə bağlıdır. Bundan başqa, hamiləliyə mənfi təsir edən başqa amillər də uşağın makrozomik doğmasına səbəb ola bilər. Oğlan uşağı körpələrdə makrozomi nisbəti qız körpələrə nisbətən daha çoxdur. Yəni makrozomi oğlan uşaqlarına qız körpələrdən daha çox təsir göstərir.

Makrozomi səbəbləri nələrdir?bebegin-dogum-kilosu-

Makrozomi səbəblərindən ən çəx rastlananı hamiləlikdə yaşanan diabetdir. Yəni hamiləlik şəkər xəstəliyidir. Digər səbəblər isə etnik mənşə, uşağın cinsiyyəti, hamiləlikdə artıq çəkili olmaq makrozomi səbəbləri arasında yerləşir.

Körpə və ana makrozomidən necə təsirlənir?

Uşağın makrozomik olması doğuşu ağırlaşdıran bir faktordur. Doğuşda həddindən artıq qanaxma, perina bölgəsinin çox zərər görməsi, doğuşun gec olması kimi risklər artır. Həmçinin qeysəriyyə doğuş ehtimalı da bu vəziyyətdə yaranır.

Makrozominin qarşısını necə almaq olar?

Makrozomik bir körpə doğurmaq bir sonrakı hamiləlikdə makrozominin təkrarlanma ehtimalını artırır. Hamiləlik diabeti yaşayan analar xüsusi pəhrizə tabe tutula bilərlər. Bu uşaqdakı mənfi təsirləri azaltmaq və çəkini hamiləlik dövründə normal səviyyədə tutmaq üçün edilir. Əgər makrozomikmakrozomi səbəbi məlum olmursa həkim bir sonrakı hamiləlikdə uşaqlıq yırtılmasının qarşısını almaq üçün qeysəriyyə (kesar kəsiyi) doğuş planlaşdırıla bilər.

Doğuşdan sonra nə etmək lazımdır?

Doğuşdan sonra həkimin məsləhətlərinə mütləq diqqət etmək lazımdır. Bu iri uşaq doğumuna görə ortaya çıxan perina bölgəsindəki artıq zədəni və doğuş kəsiklərini daha tez yaxşılaşdırmaq üçün əhəmiyyətlidir. Perina bölgəsindəki infeksiya riskinə qarşı gigiyenaya mütləq diqqət edilməlidir. Hamiləlik diabet problemi ümumiyyətlə doğuşdan sonra həll edilir.Doğuşdan sonrakı ilk bir neçə ay ərzində şəkər testi aparılmalıdır. Çünki, doğuşdan sonra da, yəni zahılıq dövrü adlanan dövrdə də diabet problemi ehtimalı var. Məsələn, statistikaya görə hamiləlik diabeti yaşayan qadınların %20-də zahılıq dövründə də diabet görülməkdədir.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search