Varikosele Nədir?
Varikosele testis ətrafındakı toplardamarların genişlənməsi halına verilən addır. Ayaqlarda görülən varisdə və eyni zamanda hemoroiddə də eyni şəkildə toplardamarlarda anormal genişlənmə vəziyyətidir. Ayaqlardakı varis daim ayaq üstə durmaq məcburiyyətində olan şəxslərdə tez-tez görülərkən, babasil xüsusilə qəbizlik problemi olanlarda görülür. Varikoselenin isə insanda ortaya çıxmasına şərait yaradan bir səbəb yoxdur. İnsanın damar quruluşu səbəbiylə ortaya çıxır.
Varikosele necə bir xəstəlikdir?
Varikosel xəstəliyi, sonsuzluğunun müalicə edilə bilən ən mühüm səbəbidir. Varikosele ölümcül bir xəstəlik deyil, sadəcə kişi sonsuzluğunu yaradan testis ətrafı toplardamarların genişlənməsi ilə özünü birüzə verən bir xəstəlikdir. Varikosele müxtəlif mexanizmlərlə sperma sayı və hərəkətini azaldıb uşaq olmasını əngəlləyir və bu şəkildə kişi sonsuzluğuna səbəb olur.
Hər varikoseli olan xəstə əməliyyat olunmalıdır?
Varikosele diaqnozu qoyulan xəstələrə mütləq 2 ədəd sperma analizi aparılması lazımdır. Sperma sayı və hərəkəti aşağı və ya limit dəyərlərdədirsə əməliyyat aparılmalıdır. Əgər xəstə sperma vermə bilməyəcək yaşdadırsa varikosele əməliyyatı yenə də aparılmalıdır. Sperma sayı normal olan xəstələrdə 6 ay aralıqla sperma sayı aparılmalıdır,sperma sayı və hərəkəti normal dəyərlərin altına düşərsə əməliyyat aparılmalıdır. Hər varikoseli olan şəxs əməliyyat olmaq məcburiyyətində deyil, sperma sayı normal dəyərlərin altında isə əməliyyat aparılmalıdır.
Varikosele əməliyyat edilmədikdə mütləq sonsuzluğa səbəb olur?
Varikosele xəstəliyi diaqnozu qoyulan xəstələr əməliyyat olunmadığı zaman mütləq sonsuzluq ortaya çıxmaz. Xəstədə varikosele müəyyən edildikdən sonra əvvəlcə sperma analizi aparılmalıdır. Sperma analizindən sonra dəyərlər aşağıdırsa və əməliyyat edilməzsə dəyərlər daha da aşağı düşərək hamiləlik olmasını təmin edəcək dəyərlərdən az olaraq sonsuzluq yarada bilər. Sperma sayı və hərəkəti normal olan xəstələrin əməliyyat olmasına ehtiyac yoxdur, əməliyyat olmaması mütləq sonsuzluğa yol açmaz amma zamanla sperma sayı azala bilər. Bu səbəblə 6 ay aralıqla sperma analizi aparılaraq sperma sayı və hərəkətində azalma olub olmadığı yaxından müşahidə edilməlidir.
Varikosele əməliyyatı hansı hallarda aparılmalıdır?
Varikosel əməliyyatı aparılması üçün 2 səbəb vardır, bunlardan birincisi və ən önəmlisi sperma sayı və hərəkətinin azlığına bağlı uşaq olmaması vəziyyətidir. İkinci səbəb isə varikosele bağlı testislərdə olan ağrıdır. Əgər xəstədə gündəlik həyatına təsir edəcək qədər ağrı varsa və bu ağrı dərmanlarla keçmirsə əməliyyat tətbiq edilə bilər.
Varikosele öz-özünə düzələ bilərmi?
Varikosele cərrahi olaraq müalicə edilmədiyi müddətdə öz-özünə düzəlmir. Varikosele testis ətrafındakı toplardamarlarda genişlənmənin olması vəziyyətidir, damarlardakı genişlənmə getdikcə artıb varikosele ağırlaşarkən, müalicə edilmədikdə öz-özünə düzəlmə ehtimalı yoxdur. Varikosele xəstəliyi olan, eyni zamanda uşağı olan və yeni uşaq istəyi olmayan xəstələrdə varikosele xəstəliyinin müalicə edilməsinin bir önəmi yoxdur.
Mikrocərrahiyyə varikosele əməliyyatı nə qədər vaxt alır?
Varikosele əməliyyatının ən səmərəli müalicə üsulu mikrocərrahiyyə varikosele ameliyatıdır (varikoselektomiya).
Mikrocərrahiyyə
varikosele əməliyyatından sonra cinsi əlaqə nə vaxt olar?
Varikosele əməliyyatından 15 gün keçdikdən sonra cinsi əlaqəyə girmək olar. Əməliyyat zamanı qasıq bölgəsində ingunal kanal açıldığı üçün, toxumalar sağalmadan ediləcək çətin hərəkətlər qrıja yaranmasına səbəb ola bilər. Cinsi əlaqə zamanı da çətin hərəkətlər ola biləcəyi üçün ən az 15 gün cinsi əlaqədən uzaq durmaq lazımdır.
Varikosele əməliyyatından sonra nə qədər müddət klinikada yatmaq lazımdır?
Mikrocərrahiyyə varikosele əməliyyatından sonra xəstələr klinikada 1 gün qalırlar. Əməliyyat ümumi anesteziya və ya beldən aşağısını keyləşdirmə (spinal və epidural anesteziya) ilə aparılır. Əməliyyatdan sonra olan ağrının kontrolu və ilk 24 saatda xəstəni müşahidə edərək qanaxma kimi hər hansı bir komplikasiyanın erkən təyin edilməsi baxımından da klinikada 1 gün qalması faydalıdır.
Varikosele əməliyyatından sonra nə vaxt idman etmək olar?
Varikosele əməliyyatı qasıq bölgəsində əzələlərdən ibarət olan inguinal kanalın açılması ilə həyata keçirilir. Əməliyyatdan sonrakı erkən dövrdə idman etmək xəstədə ağrı edə biləcəyi kimi,əməliyyat bölgəsində tikişlərlə bağlanmış əzələlərdə yırtıq inkişaf edərək qrıja əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən əməliyyatdan sonra 1 ay ərzində çətin hərəkətli idman edilməməsi faydalıdır. Əməliyyatdan sonra 1 ay keçdikdə də başlanğıcda ehtiyatlı hərəkətlər edərək idmana başlamaq olar.
Varikosele əməliyyatından sonra nə vaxt duş qəbul etmək olar?
Varikosele əməliyyatından sonra yara bölgəsinin islanmasına qarşı tegaderm tipli bir material ilə örtülməsi ilə erkən dövrdə duş qəbul etməsinə imkan verə bilər.5-6 gün sonra yara açıq şəkildə duş qəbul etmək olar.
Sperma analizində heç sperma olmayan varikosele xəstələri əməliyyat olunmalıdır?
Bununla əlaqəli bir çox araşdırma aparılmışdır. Əgər xəstədə yüksək dərəcəli varikosele var isə bu hallarda əməliyyat tətbiq edilmə ehtimalı olduqca yüksəkdir. Azoospermik xəstələrdə yüksək dərəcəli (grade 2 və 3 səviyyəsində) varikosele varlığında cərrahi əməliyyat aparıla bilər. Bu xəstələrdə əməliyyatdan sonra bir çox halda sperma analizində sperma görüldüyü və hətta normal yolla hamiləlik əldə olunan hallar olduğu müəyyən edilmişdir.
Sonsuzluq
Kişilərdə sonsuzluğun yaranmasının başlıca səbəblərindən biri varikoseldir.Kişilərdəki sonsuzluq uşaq sahibi ola bilməyən ailələrin %50 –dən ibarətdir.Hərbi xidmətə gedənlərin %20 də varikosel görülür.
Varikosele,xayalardakı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Varikosele daha çox sol tərəfdəki xayada görülür. Sol tərəfdəki damarın sağdakından 10 cm daha uzun olması, solda daha sıx görülməsinin səbəblərindən biri ola bilər.Nadirən sadəcə sağ tərəfdə vəya hər iki tərəfdə də görülə bilər (%10-15).Xayaların üst hissəsində-yanda, skrotumun (torbanın) içində qıvrımlar şəklində şişlik hiss edilə bilər.Varikosele xayada istilik artışı başda olmaq üzrə bir çox problem yarada bilər.Tədqiqatlar bunu göstərir ki sonsuzluq (infertility) şikâyəti ilə müraciət edən kişilərin %35-40-da varikosele təyin edilmişdir.
Varikosele Xəstəliyinin Əlamətləri
– Xayalarda ağrı
– Xayalarda balacalaşma
– Xayalarda dolğunluq hissi
– Sonsuzluq (İnfertility)
– Gözlə görülə bilən genişlənmiş damarlar
– Ələ gələn genişlənmiş damarlar
Bir deki bir az wiwkinlik kimi gorsenir hamisi cinsi elaqeden sora oldu 2 defe oldum yoldawimnan
Salam hekim adim Yusif 24 yaw. Onceden minetdarligimi bildirirem. Sualim men bir ay qabaq varikosellden emeliyyat olundum her wey yaxwi kecdi 2-ci derece idi mende . 3 gun olar yoldawimnan elaqede oldum her wey yaxwidi amma elaqeden sora agrilar bawlayib gezende de olur hekim hecne dimedi bu agrilar neynen bagli ola biler vaxtinnan tez elaqede oldugum ucun ola biler yoxsa ciddi prablem di bu diye bilersiz xahiw cavab vererdiz?
salam doktor varikosel xesteliyi gunu gunden irelliyirmi sagolun
Salam. Varikosele xəstəliyi vaxtında müalicə olunması məsləhətdir. Sağ olun.
axwaminiz xeyir hekim.hekim men iki terefli varkosel emeliyyati kecirmiwem.arti iki ay olar.xayamin biri awagida digeri ise yuxaridadi.bu normal haldir?mikrocerrahiye usulu ile olub emeliyyat.birdeki emeliyyatdan sonra sol ayagimin bu hissesinde keylewme olub .bugune kimi kecmeyib.bunu neile elaqelendirmek olar?
Salam. Siz nevropatoloq həkiminə müraciət edin.Sağ olun.
hekim.bes xayanin ele olmasi nedendi?
Salam. Xayanın hər hansı biri aşağı və ya yuxarı olması normaya uyğundur. Sağ olun.
Salam. Spermaqramma mənzərəsində hərəkətli spermanın 50% olması məqbul sayılır. Siz bizim klinikaya yaxınlaşın və hər tərəfli müalicə və diqanostika üsullarından yararlana bilərsiniz. Sağ olun.
Salam doktor xahis edirem cavablandirasiz .menim yoldasim varkasel emeliyati olub 4 ay qabaq indide cox agrilar olurdu bu gun yoxlanib ona sag terefde de varkasel oldugunu deyib sol terefli suktorum menfezinde boyuyu 2mm olcude hereketli mikrolitler izlenilir hekim iki terefli varkasel emeliyatinnan sora usag olmaga prablem var hekimin dediyine gore mende hec bir prablem yoxdur sag olun
axsaminiz xeyir Fuad dr..narahat etdiyimcun uzr isteyirem…xahis edirem mene komek edesiz…varikoselden sonra sperma faizi duzelirse ama zeiflik olarsa bucur halda usaq ola bilermi?birde sizden cox cox xahis edirem sperma faizi herketlilik nece faiz olmalidi?yeni usaq olmasicun faizler nece olmalidi?
Salam doktor necesiniz yaxsi olarsiniz insALLAH. Doktor menim sol xayamda damarlar gorunur lakin xayalarimda sallanma hiss etmirem xayalarimi eli ile terpetdikde damarlar hiss olunur sag xayada iseondan biraz zeifdir, lakin xayalar yuxari qalxdiqda. soyuqda hec bir sey bilinmir ara bir az maz cox az agri verir kicilmede hiss etmirem sizce ne ola biler.Birde ola bilerki varikosel xesteliyi problemi ozu ozluyunde aradan qalxsin sagolun doktor ALLAH her kese sefa versin.sizede can sagligi tesekkur.
Salam. Sizdə yüngül forma varikosele xəstəliyi ola bilər. Onu dəqiqləşdirmək üçün Siz USM müayinəsi aparın. Belə görünür ki sizdə əməliyyata göstəriş yoxdur. Sağ olun.
sualimi cvblandirdiginizcun cox sagolun minnetdaram..Fuad dr bes zeiflik varsa spermanin neticesi yaxsi olsa ama zeiflik olsa usaq ola biler?
slm dr.bagislayin narahat edirem.menim yoldasim 2009cu ilde varikoselden emeliyat olub.sperma faizidi 20di.ireli hereketlilik 31.zeif 19 hereketsiz 36di…ozunde de zeiflik var 1defe ola bilir oda eliyle yalniz.sonra ola bilmir..sizce usaq ola bilermi?sans varmi?
Salam. Siz dediyiniz menzere elede qorxulu deyil. Spermaqrammanın neticesi qenaet bexş edici deyil. Onun ücün siz hekime müraciet etseniz sizin uşaq sahibi olmaq şansınız yükseler. Sag olun
eger doktor spermanin faizi yaxsi olsa varikosel emeliyyatina ehtiyac var
Salam. Spermanın faizi normaldırsa, xayada ağrılar yoxdursa əməliyyata göstəriş yoxdur. Sağ olun.
check up nedirki??? yeni deyrem bunun gelecekde qorxusu var her hansi bir
Salam. Check up ingiliscə tam yoxlanma deməkdir.Onun gələcəyə heç bir təsiri yoxdur. Sağ olun.
salam vaxtiniz xeyir menim sol xayamda qivrim-qivrim damarlar gorunur ara bir agri verir amma yadimdan cixartdiqda gedir alt terefde gore bilmirem yalniz ustde olur sol xayam saga nisbeten kicikdir sol xayamin damarlari ise sag xayadan boyukdur. amma xayam yuxari qlxdiqda hec bir damar gorulmur birde hekim usaqin olmasi ucun spermanin faizi ne qeder olmalidir cox sagolun tesekkur edirem
Salam. Sizdə varikosele xəstəliyinə bənzərlik çoxdur. Kliniki yoxlamaya (check up) ehtiyac vardır. Ancaq kişinin fertilni olması üçün spermanın hərəkətliliyi və az hərəkətliliyi 50 %-dən yuxarı olmalıdır. Sağ olun.
hormetli fuad nezerov hekim men varikoselden sol terefden emeliyyat kecirdim 1-il bundan qabaq indi 18 yasin icindeyem emeliyyatdan 1-heftesi sonra sol xaya sismeye basladi USM kecdim orda dedilerki sol xayanda hem ilthablasma hemde sol xayaya maye dolurdu el vurmaq mumkun deyildi o derecede sonra ayri hemikme gosterdik o dediki damarlari baglayib onun ozu emelyyat eledi xayanin oxuzu onun dediyine gore ters çevrib xayanin etrafinda tikirler o cur etdi emrlyyati 8ml maye goturdu xayadan indi ozunde xayada sis qalib agrida var hem xayada hem de varikosel olnunan yerde axsamlar en cox olur sizde xayis edrem bunun gelecekde hec bir qorxusu var bu haqqda melumatlandirardiniz??
Salam. Siz dediyiniz vəziyyət mənə elə gəlir ki ciddidir. Ona görə Siz kliniki yoxlamadan (check up) sonra normal müalicə almalısınız. Sağ olun.
salam hekim olar sual verem size
Hörmətli həkim varikosel xəstəliyini Siz hansı üsulla əməliyyat edirsiz.Əməliyyatdan sonra xəstə neçə gün orada yatmalıdır.Cavabınıza görə çox sağ olun.
(check up) nedirki hekim …… yeni bu dediyimin her hansi qorxusu var gelecekde bunu deqiq diye bilerdiniz zehmet deyilse
Hörmətli həkim varikosel xəstəliyini Siz hansı üsulla əməliyyat edirsiz.Əməliyyatdan sonra xəstə neçə gün orada yatmalıdır.Cavabınıza görə çox sağ olun.
Salam. Varikosele əməliyyatı bizim tərəfdən hər bir metodika xəstəyə uyğun seçilir. Ancaq konkret olaraq bu gün Marmara (Subinqvinal) üsulu ən gəlişmiş olduğu üçün çox hallarda o seçilir. Dəridə aparılan kəsik 1-2 sm olur. Xəstə 1 gün klinik şəraitdə qalır. Sağ olun.
Allah razı olsun.İşinizdə müvəfəqiyyətlər.
sagol
Hörmətli Fuad doktor bildirmək istərdim ki, mən əməliyyat rayonda olmuşam cərrah hekim tərəfindən Adroloq və ya Uroloq həkim tapa bilmədiyimdən analizin nəticəsini göstərə bilməmişəm.və internet araşdırması nəticəsində sizi tapa bilmişəm, bizə sadəcə məsləhət versəniz minnəttar olardım gözləməliyəmmi və ya müalicə olmalıyammı?Bizə ayırdığınız dəyərli zaman üçün çox sagolun.Qazax
Salam. Siz daha yaxşı olar ki həkimə müraciət edəsiniz və qısa müddətdə müvafiq müalicə alasınız. Sağ olun.
Onceden mınnetdaram
Salam hekim men 9 ay bundan qabaq 2 cı dereceli varkoselden emeliyyat olunmusam.Emeliyyat etdıler dediler kecib gedecek mende ozozüne axma varıdi.Gozyası kimi su gelirdi seffaf rengde.Bir müddet sora agrılar dahada coxaldı.Basqa hekime getdım orda 10 gün müalice etdıler bıraZ kesdi agrılar ındı yene agrı var xayada bıde penısın ucunda sıdıte gedende goynuyur ve duz sıdıye gede bilmirem eyrı gedir
Salam. Siz bizim klinikaya müraciət edin və probleminiz həll edilsin. Sağ olun.
Salam doktor men 26.12.2014 cu ilde varikoselden emeliyyat olmuşam.31.01.2015 ci ilde sperm analizi verdim.analizin neticesi beledir.bilmek isteyirem bu neticeyle uşaq olma etimali varmı və əlavə müalicəyə ehtiyac varmı?yoxsa 3 ay zaman keçməlidirmi?
Spermotoqramma
Miqdarı ml-norma(2:5)nəticə 4.2
Cinsi pəhriz 3-4
PH (7.2:7.8)nəticə 7.6
Leykositlər 50 nəticə 30
Aktiv hərəkətli a >25 nəticə 10
Yavaş hərəkətli b >25 nəticə 20
Yerində hərəkətli c <25 nəticə 25
Hərəkətsiz d <25 nəticə 45
Yararsız sperm (c+d) <50 nəticə70
Lesitin dərəcələri orta miqdarda
Patoloji formalar <20 nəticə 1.0
Spermatogenez hüceyrələr 2:4 nəticə 1
NƏTİCƏ:Astenospermiya Leykositospermiya
cavab versəniz şad olardıq əvvəlcədən tşəkkür.
Salam. Siz əməliyyat olunduğunuz klinika ilə əlaqə saxlayıb nəticələri birlikdə müzakirə etmeyiniz daha məqsədə uyğundur. Sağ olun.
Salam doktor. Texminen 23-24 gundu emeliyat olmuwam, mende sol xayaya el vuranda yungul sancilar olur, birdeki sol terefde damarlar ele hemenki kimi bilinir. Sancinin olmagi adi haldi yoxsa neyese ehtiyac var?
Salam. Mənim üçün sizin keçirdiyiniz əməliyyat və onun metodu aydın deyil. Ona görə Mən dəqiq cavab verə bilmirəm. Sağ olun.
Salam həkim. Məndə yungul dərəcəli vorikosel var. peşəkar idmanla məşğulam. ağır fiziki hərəkətlər etməy məcburiyyətindəyəm. əgər bunu dayandırmaq lazımdırsa əməliyyatdan nə qədər müddət sonra davam etdirə bilərəm. Təşəkkür edirəm.
Salam. O əməliyyatın nəticəsinə bağlıdır. Ancaq standartlara uyğun Siz 3 ay fiziki işdən ayrı qalmalısınız. Sağ olun.
Salam.Həkim adim Selim 23yaw men dunen varikoselden emeliyyat olunmuwam amma qalxib gezirem onun ziyani yoxdu.birdeki damarlar qalib sallamada bular ne vaxt kececey? Xahiw cavab vererdiz.
Salam. Siz varikosele əməliyyatı keçirmisiniz. Ancaq mən sizin hansı üsulla əməliyyat keçirdiyinizi bilmirəm. Həmin sualları şəxsən mən əməliyyat etdiyim xəstələrin hər birinə uyğun formada başa salıram. Sağ olun.
salam hekim vaxtiniz xeyir menim xayalarimda isti olanda damarlar gorunur adi gozle gorulmur lakin xayalari terpetdikde gorunur soyuq havada ise bilinmir hec bir agrisida yoxdur kicilmede yoxdur sizce qorxulu nese ola biler
Salam. Əgər dediyiniz vəziyyətdirsə heç bir problem ortada yoxdursa narahat olmağa dəyməz. Sağ olun.
salam men 2010 cu ilde emeliyyat olmusam ancaq aqrilar var ozum elimnen hiss edirem yumru nese var el vuran kimi aqrayir zehmet olmasa unvani yazin muayineye gelim
Salam. Bizim ünvan Medical Plaza (Koroğlu bağının yanı). Mob: 050 226 50 50. Sağ olun.
salam hekim.men usm muyayinesinden kecdim,boyrek ve prostata uygun her wey normaldi,hekimde hecne olmadigini soyledi,bes bu agri neden ola biler,qarnimdaki sanci ve xayadaki agri
Təşəkkür edirəm, doktor. Allah razı olsun sizdən. Bir də bir sualım var, siz hansı dövlət xəstəxanasında çalışırsınız?
Mən hal hazırda Medical Plaza, Bakı ş., Nəsimi rayonu , Vaqif pr. 9A. -da çalışıram. Əlaqə: 050 226 50 50 . Sağ olun.
Salam.Əgər sizə maraqlıdırsa Mən 21 saylı xəstəxanada calışıram. Sağ olun.
Salam həkim mən 3 cu dereceli varkoselem əməlyata gedecem hele. sağ xayam da ağri var ancaq varkosel sol tereflidi o ağri neden ola biler normalmi
Salam. Sizin USM müayinəsi aparmağınıza və sonra həkimin baxmasına ehtiyac duyulur. Sağ olun.
Salam Dr Sualimi cavablanirsaz cox sad olaram. demek Dr mende bir iki ay bundan qabaq Leykosti vardi mulaice aldim kecid 2 heftey yaxin mohkem soyuq deymem oldu qiribledim. axintilar yene baslayib qabaqki kimi olmasada az birsey olur. analiz verdim leykosit yox idi. o bir yana dr indi 3 gun sag xayamda agrilar oldu ara sira olurdu oda hava soyuq oldugu zaman ayaq usde cox duran zaman baslayairdi hemin agrilar indi yoxdu ama sag xayamda yuxari hissede sislik var obrisine nisbeten bu neden ola biler cavabinizi gozleyecem.
Salam. Sizdə böyük ehtimal ki Orxit əlamətləri vardır. Onun üçün sizə mütləq kliniki yoxlanma vacibdir. Sağ olun.
Bunun Ucun men hansi analzderden vermeliyem ? ve en esaslari hansilardi uzi sidik analizi birde yaxma hansi daha uygun olar ve men sizle nece elaqe saxlaya bilerem ve sizin kilinika hardadi ?
Hekim salam xais cvb veresiz sualima cox vacibdir… mende 3derece varikos var muaine etdirdim cinci seifliqde var demisdiler varikosa goredi. Hekim bu dogrudur…???
Doktor, kiçik bayıra getməyində problem yoxdur. Dediyinə görə sol tərəfi ağrıyır, bir az da şişkinlik var.
Salam. Orqanizmada olan hər bir şişkinlik həkim tərəfindən yoxlanması məsləhətdir. Sağ olun.
Çox-çox təşəkkür edirəm sualımı cavablandırdığınız üçün. Dediyiniz bu dəyişiklik ciddi bir şeydir? Əməliyyat tələb edir?
Salam.Əməliyyata göstəriş ciddi bir haldır. Onu xəstəni görmədən təyin etmək mümkün deyil. Sağ olun.
salam hekim,axi mendede xayamin en cox sol terefi agriyir,birden agri olmur,ama elle toxunduqda agriyir,sanci verir,amaki qarnimin sol terefindeki sanci hecde kecmir
Salam.Siz mütləq həkim tərəfindən müayinə olunmalısınız. Sağ olun.
Salam, doktor. Mənim sevdiyim şəxs əsgərlik dövründə varikoseleden əməliyyat olunub. Hal-hazırda 29 yaşı var. 1 ay olar ağrıları baş qaldırıb. Onu da deyim ki, böyrəklərindən də şikayət edir. Bu ağrılar böyrəklə, soyuqdəymə ilə əlaqədar ola bilər? O işi ilə əlaqədar ayaq üstə çox qalır. Mən eşitdiyimə görə hərbi həkimlərə etibar etmək olar, onlar güclü olurlar. Sizcə əməliyyatdan sonra varikosele yenidən əmələ gələ bilər? Onu da qeyd edim ki, cinsi həyatı yoxdur, yəni subaydır, münasibətdə olduğu adam yoxdur. Öncədən təşəkkür edirəm.
Salam. Sizin sevdiyiniz şəxsin böyük ehtimalla sidik ifrazat sistemində dəyişiklik yaranmışdır. Onun ilk öncə USM yoxlamasından keçməsi lazımdır və daha sonra bilinəcək nə edilməlidir. Sağ olun.
Çox-çox təşəkkür edirəm sualımı cavablandırdığınız üçün. Dediyiniz bu dəyişiklik ciddi bir şeydir? Əməliyyat tələb edir?
Doktor, kiçik bayıra getməyində problem yoxdur. Dediyinə görə sol tərəfi ağrıyır, bir az da şişkinlik var.
hekim bir daha narahat edirem,bu yazilanlari oxudum,mende damar gorsenmir,adi xayadi ama agriyir,wirede gelmir,sallawmada yoxdu,amaki agrilari qarnimin sol terefinde bir sanci yaradib,xahiw edirem her yazdigimin ikisinde cavablandirardiz
Salam, doktor. Mənim sevdiyim şəxs əsgərlik dövründə varikoseleden əməliyyat olunub. Hal-hazırda 29 yaşı var. 1 ay olar ağrıları baş qaldırıb. Onu da deyim ki, böyrəklərindən də şikayət edir. Bu ağrılar böyrəklə, soyuqdəymə ilə əlaqədar ola bilər? O işi ilə əlaqədar ayaq üstə çox qalır. Mən eşitdiyimə görə hərbi həkimlərə etibar etmək olar, onlar güclü olurlar. Sizcə əməliyyatdan sonra varikosele yenidən əmələ gələ bilər? Onu da qeyd edim ki, cinsi həyatı yoxdur, yəni subaydır, münasibətdə olduğu adam yoxdur. Öncədən təşəkkür edirəm.
Salam. Qarnınızda olan ağrı mütləq araşdırılmalıdır həkim tərfindən və səbəbi təyin edildikdən sonra müvafiq müalicə olunmalısınız. Sağ olun.
salam hekim.mende xayada agrilar var,her ikisinde olur,ama qiris yoxdu,sismede yoxdu,bu agrilarda qarnimin sol terefine vurub,qarnimin sol terefinde sanci var,sizce bu neden olar,varikosel ola biler hekim bu?
Salam. Siz təsvir etdiyiniz vəziyyət heç də varikosele xəstəliyi deyil. Ancaq hər hansı qarında olan sancı mütləq həkim tərəfindən müayinə olunmalıdır. Sağ olun.
salam hekim menim sol xayamin ust hissesinde cimerken yada isti olnda damarlar gorunur lakin soyuq olanda ise hec bir damar gorunmur agrisida yoxdu kicilmede nedeki dolgunlasma yoxdu cimende damarlar yalniz ust terefde gorunur alt terefde hec bir damar yoxdu sizce ne ola biler hekim sagolun
Salam. Siz dediyiniz vəziyyət heç də hər hansı bir xəstəliyi xatırlatmır. Sağ olun.
Salam. Siz dediyiniz mənzərə heç də hər hansı bir xəstəliyi xatırlatmır. Ancaq hər hansı bir şübhəniz olsa USM müayinəsindən keçə bilərsiniz. Sağ olun.
Rewad 23yaw. Hekim bir sualimda var?Olar ki spermanin analizini verib yaxwi cixsa emeliyyat etmeyim? Isteyirem analiz verim texmini ne qeder xerci var ? Zehmet olmasa nomre unvani yazardizda. Cox xahiw cavablandirardizda suallarimi
Salam. Varikosele xəstəliyini kliniki və instrumental yoxlamadan sonra tibbi göstəriş olduqda əməliyyat olunur. Spermaqrammanın qiyməti ilə maraqlanırsınızsa o bizim klinikada Gənclik metrosu MEDİCAL PLAZA (Koroğlu Heykəlinin yanı) 18-19 azn-dir.
Adim Rewad 23 yaw subayam.. Salam hekim mende ikinci dereceli varikosel var yoxlatdirmiwam soldadi tekce. hec bir agri yoxdu olmayib amma damarlar coxdu birde ki,sallanma var sag xayadan 2 sm awagidi. Men qiznan olanda tez qutariram hemde cinsi zeifliyimde var. Bular varikosellnen bagli ola biler. Cox xahiw edirem cavablandirardiz .
Salam. Siz bizim klinikaya müraciət edin və hər tərəfli olaraq mütəxəssisin rəyini alın. Sağ olun.
Salam
Hekim indi agrisi kecib ama yerimden qaxanda sol xayamin ust hissesinde dehset agri verdi evvel ayagimi terpede bilmirdim hereket etdikce agri azaldi ancag tam kesilmedi birde hemin hissede quruldamalar var
Salam. Siz dediyiniz veziyyet Qasıq yırtığına oxşayır. Deqiq diaqnozu ancaq kliniki yoxlamadan sonra qoymaq olar. Sag olun
Salam hekim .. . Sol xayamda pis agri var , herden urekbulanmasida verir bu varkasil ola bilet ? .. bunun agrisini muveqqeti olaraq nece kesmek olar
Salam. Varikosele xəstəliyi ürək bulanması vermir. Qasıq nahiyəsində ağrılar çox gümanki boğulmuş qasıq yırtığını xatırladır. Sağ olun.
Coxsagolun dokdur. Yaniki ziyani yoxdurda
Kimse var?
5 Gundur emeliyat olmuwam siqaret cekenem, indi ureyim isteyir sixiliram eseblewirem. Arada cekmek olar yoxsa yox?
Salam. Sizin keçirdiyiniz əməliyyatın növündən asılı olmayaraq mənə elə gəlir ki tütünə bağlılığın müalicəsi əməliyyat dövrünə təsadüf etməməlidir. Sağ olun.
Salam. Vorikosel emeliyatindan sora siqaret cekmek qeti qadagandir? Xaiw edirem duzgun melumat isteyirem.
Salam. Tütünə bağlılıq ümümiyyətlə xəstəlikdir və hər hansı əməliyyatın gedişinə mənfi təsir edir. Sağ olun.
ALLAH BUTUN PROBLEMI OLANLARA KOMEK OLSUN…ICI MENIM OGLUM OLMAQLA.FUAD HƏKİM ALLAH SİZE CAN SAGLİGİ VERSİN!!!
Salam. Mən də təşəkkür edirəm.
Salam………
men 12.08 2014 dopler eletdirdim valsalva ve diger sinaglar zamani sag terefde 1 dereceli refluks muwahide olunur sinaglar zamani sol terefde 2 dereceli refluks muwahide olunur. sag xaya V=18.5sm(N-9-26Sm) sol xaya V=16.8sm (N 9-26. neticesi budur emeliyatliq nese var?
Salam.Günümüzdə 1 və 2 dərəcəli varikosele əgər kliniki problem yaratmırsa əməliyyata göstəriş deyil. Konservativ müalicə olunması məsləhətdir. Sağ olun.