Yaddaş İtkisi və Əlamətləri

 In Beyin Sağlamlığı

Keçirilən bir çox xəstəlik (sadəcə Alzheimer deyil) yaşlılarda yaddaş itkisinə səbəb ola bilər. Daha tez diaqnoz və müntəzəm qayğı yaddaş itkisinin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir.

Hər kəs bəzən bəzi şeyləri unudur. Avtomobilinizin açarını ya da yeni tanış olduğunuz birinin adını unutduğunuz tez-tez olur.

Yaddaş problemləri və düşünmə qabiliyyətində azalma böyük ölçüdə yaşa bağlıdır. Amma yaşa bağlı olaraq yaranan yaddaş itkisi ilə xəstəliklərin səbəb olduğu yaddaş itkiləri arasında fərq vardır. Bəzi yaddaş itkilərinə isə müalicə üsulları səbəb ola bilər.

Yaddaş İtkisi və Yaşhafiza y

Yaşa bağlı yaddaş itkisi sağlam, dolu dolu keçən həyatınıza mane olmaz. Bu olduqca normaldır və hər insanda müşahidə olunan bir haldır. Yeni tanış olduğunuz bir adamın adını unudarsınız ancaq müəyyən bir müddət sonra xatırlayarsınız. Bəzən xatırlamaq üçün etməniz lazım olanları yazar, kiçik qeydlər alarsınız. Bu dəyişikliklərə əsasən nəzarət etmək olar. İctimai həyatınızı, iş qüvvənizi itirməyinizə səbəb olmur.

Yaddaş və Ağıl İtkisi

Ağıl itkisi; Yaddaş, qərar vermə qabiliyyəti, dil və digər oranlardakı bərpa olunmayan simptomların səbəb olduğu haldır. Ağıl itkisi yaşın irəliləməsi ilə başlayır və iş görmə qabiliyyəti, sosial münasibətlərdə problemlərə səbəb olur.

Yaddaş itkisi, ağıl itkisinin ilk və fərq edilən işarəsidir. Erkən dövrdə ortaya çıxan əlamətlər:

Davamlı olaraq eyni sualı vermək

Danışarkən tez-tez istifadə edilən sözləri unutmaq

Sözləri qarışdırmaq (Məsələn; Yataq yerinə masa demək)

Bənzər işləri daha uzun müddətdə tamamlamaq

Əşyaları yanlış yerlərə qoymaq (Məsələn; Pul kisəsini mətbəx çəkməcəsinə qoymaq

Yürüyüş edərkən və ya avtomobil sürərkən tanış yerlərdə yox olmaq

Davranışlarda səbəbsiz yerə ani dəyişikliklər

Beyinə zərər verən xəstəliklər:

Alzheimer (ən çox görülən ağıl itkisi xəstəliyi)

Vaskulyar demans (multi-infarkt demans)

Frontotemporal demans

Lewy cismi demansı

Bu xəstəliklərin hamısı müxtəlif proseslərə sahibdir.Ancaq yaddaş itkisi hər zaman bu xəstəliklərin ilk əlaməti olmaya bilər.

 

Yüngül Ağıl Pozğunluğu

Yüngül ağıl pozğunluğu düşünmə qabiliyyətində qabarıq fərqlər yaradır. Amma bu insanların gündəlik həyatlarına zərər verəcək dərəcədə şiddətli deyil. Sosial həyatlarında fəsadlara səbəb olmaz. Tədqiqatçılar və mütəxəssislər bu məsələ üzərində işləməyə davam edirlər. Araşdırmalar nəticəsində isə bu vəziyyətin bir çox insanda Alzheimera və ağıl itkisinə yol açdığını qeyd edirlər. Bəzi insanlarda isə yaddaş itkisinin bir müddət davam etdiyi ancaq bütün simptomları göstərmədən narahatlığın başa çatdığı müşahidə olunur.

Müvəqqəti Yaddaş İtkisi Səbəbləri:

Bir çox tibbi problem yaddaş itkisi və ya digər demansa bənzər simptomlara səbəb ola bilər. Bu problemlərin çoxu uğurla müalicə edilə bilər və müvəqqəti yaddaş pozğunluğuna səbəb olan faktorlar üçün həkiminiz sizə yardımçı ola bilər.

unutMüvəqqəti yaddaş itkisinin mümkün səbəbləri aşağıdakılardır:

Dərmanlar: Tək bir dərman və ya müəyyən dərman kombinasiyaları unutqanlıq vəya qarışıqlığa səbəb ola bilər.

Yüngül baş tramvaları yada yaralanmalar:Yıxılmaq vəya hər hansı bir qəza nəticəsində beyndən alınan zərbələr, şüur itkisinə yol açmayan bir yaralanma belə yaddaş problemlərinə səbəb ola bilər.

Depressiya və ya digər ruh sağlamlığı qüsurları:Stress, həyəcan vəya depressiya, unutqanlıq, baş qarşıqlıqları, düşünmə çətinliyi və gündəlik fəaliyyətləri yerinə yetirə bilmə qabiliyyətini itirən digər bütün səbəblər yaddaş problemlərinə səbəb ola bilər.
Alkoqolizm: Xroniki alkoqolizm zehni qabiliyyətlərdə ciddi zədələrə səbəb ola bilər. Həmçinin alkoqol dərmanlarla qarşılıqlı təsir edərək yaddaş itkisinə səbəb ola bilər.

B12 Vitamin çatışmazlığı: B-12 vitamini sağlam sinir hüceyrələrinin və qırmızı qan hüceyrələrinin qorunmasına yardımçı olur. B-12 vitamini çatışmazlığı -yaşlılarda və yetişkinlərdə- yaygın yaddaş problemlərinə yol aça bilər.

Hipotiroidizm: Yetərli fəaliyyət göstərməyən qalxanabənzər vəzi (hipotiroidizm), qida maddələrinin prosesdən keçmə müddətini uzadır və hüceyrələrin (metabolizm) enerji yaratma prosesini ləngidir.

Hipotiroid, unutqanlıq və digər düşünmə problemlərinə səbəb ola bilər.

Şişlər: Beyində olan şiş, yaddaş problemləri və ya digər demansa oxşar simptomlara səbəb ola bilər.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search