Yoğun bağırsaq xərçəngi

Simptomları

-Makattan gələn qanama və nəcisləmə vərdişlərinin dəyişməsi (qəbizlik və ya ishal),

-Qarın ağrısı, qaz sancıları,

-Qarında kütlə,

-Nəcisdə qanama,

-Nəcisin incəlməsi,

-Qansızlıq, özünü həddindən artıq yorğun hiss etmə,

-Bulantı və qusma

-Çəki itkisi

Haqqında1_123

Yoğun bağırsaq xərçəngi və ya kolorektal xərçəng yoğun bağırsaq , rektum və apandisti görülən xərçəngli böyümələri əhatə edir. Qərb dünyasında  ən çox rast gəlinən üçüncü xərçəng tipi və ölümə yol açan xərçənglər arasında ikinci sıradadır. Əksəriyyətlə qalın bağırsaqda meydana gələn adeno polip ortaya çıxır.

Artıq hazır vəziyyətdə olan şiş hüceyrələri sürətlə artır və böyüməyə başlayır, nəticədə bağırsaq mənfəzini tutaraq bağırsaq keçməzliyinə səbəb olur. Əgər şiş bağırsaq divarına keçərsə onun damarlarını zədələyə bilər və nəticədə qanaxma baş verər. Daha sonrakı mərhələlərdə şiş bağırsağın digər hissələrinə, divarına və digər orqanlara sirayət etməyə başlayır. Limfa dövranı vasitəsilə limfatik düyünlər yayılır və onları zədələyir. Qan vasitəsilə də digər orqanlara yayılaraq (qaraciyər, ağciyər, sümük və baş beyin) onlarda da bu prosesi yaratmağa başlayır və nəticədə də həmin orqanlarda da şiş əmələ gəlir.

Yoğun bağırsaq xərçəngi hər yaşda görülməsinə qarşı , xəstələrin 90%-dən çoxu, qırx yaş və üzərindədir. Bu yaşdan etibarən hər on ildə risk təxminən iki qatına çıxır. Ailəsində yoğun bağırsaq xərçəngi və ya yoğun bağırsaq polip olanlar və ülseratif kolit xəstəliyi olanlarda risk artır.

Erkən diaqnozun qoyulması

Polip və xərçəngin erkən mərhələləri , ümumiyyətlə  əlamətlərini bildirməzlər. Buna görə qırx yaşından etibarən mütləq , rektal müayinə , sigmoidoskopi və nəcisdə gizli qan analizi edilməlidir.Rektal müayinə , yəni makattan barmaqla edilən müayinə ilə qalın bağırsaq poliplerinin ən az % 80inə diaqnoz qoyula bilər. Sigmoidoskopi tətbiqində , xüsusi alət ilə makattan rektum bölgəsinə girilir və işıq qaynağı köməyi ilə bölgə detallı olaraq araşdırılır. Nəcisdə gizli qan analizi , əlamət verməyən və hiyləgərcə qanama edən poliplərin təyin edilməsində istifadə edilir.

Erkən dövrdə diaqnoz qoyulan xərçənglərdə yaxşılaşma nisbəti 80-90% arasındadır. Xoş niyətli polip , yəni ət parçalarının zamanla xərçəngə çevrilməsi ilə əmələ gələn qalın bağırsaq xərçənginin qarşısının alınması üçün , polip xərçəngə çevrilmədən təyin edilməli və dərhal cərrahi metodlarla çıxarılmalıdır.

Müalicəsi

Yoğun bağırsaq xərçəngi, cərrahi üsulla müalicə edilir: Əməliyyatın növü şişin yerləşməsindən və ölçülərindən asılı olaraq müxtəlifdir. Xərçəngi meydana gətirən şiş və ətrafındakı bir miqdar möhkəm toxuma alınır. Mərhələ vəziyyətinə görə kemoterapi və adjuvan kemoterapi tətbiq olunur. Anusa çox yaxın şişlərdə anus ləğv edilərək kolostomi torbaları ilə (qarından) xaric edilməyə keçilir. Metastaz (digər orqanlara yayılma) görülən xəstələrdə cərrahiyyənin yanında kemoterapi və radyoterapi də tətbiq olunaraq xəstənin daha çox yaşamasına çalışılır.

SON MƏQALƏLƏR
32 şərh
  • T.Rafiq

    hipermetabolik ocaq nedir

  • T.Rafiq

    salam həkim hipermetabolik ocaq nedir

  • Aysu

    Salam hekim .oglumun 4yaşi var bir il evvel medesinde 2keskin olmagla 3eroziya var dediler mualice olundu ancag sonra muayine edildimedi.hemde hekimler od yolunda xaledos kistine benzer genişlenme olduguni dediler o da yoxlanilmadi sonra.hemin vaxtdandan evvel necisinde ara sira qirmizi şekilde qan gorunurdu necisine bulaşig seklinde yenede var arada olmur amma demek olarki oldugdan 3 gun ardicil gorunur bulaşig şeklinde az miqdarinda çox qorxuram.sizin fikirinizi bilmek isterdim butun bu diaqonuzlar çox pis fesadlar emele getire bilermi ?ve necisde olan bulaşig şeklinde qan neyin elameti ola biler?evvelceden tsk edirem

    • Fuad Nəzərov

      Salam. Virtual olaraq tam demək mümkün deyil. Eroziv qastrit xəstəliyi kiçik yaşda uşaqlar üçün xarakterik deyil. Diaqnozu dəqiqləşdirin sonra müalicə aparın. Sağ olun

  • alim kerimov

    hekim de bize onu diyib … sadece bilmey istiyirem ki chemoterapiya ile sagalma mumkundur ya nece ? bildiyimiz ximya ile insanlar illerle yawayir sadece atamda da bu mumkun ola biler ya yox ?

  • Fuad Nəzərov

    Salam. Chemoterapiya aparılması xəstə üçün göstərişdir. Sağ olun

  • alim kerimov

    salam aleykum… sizden artig derecede xahiw eliyirem verdiyim sualin cavabini cekinmeden diyesiz… atamda yogun bagirsag xercengi 3-cu merhelededir… iyulun 29 u cerrahiyye emeliyyati ile wiwi goturduler … ama hekim bildirdiki ximya olunmalidi … bilmey istiyiremki bunnan sora biz ne etmeliyiy ? xesteliy ne derecede ciddidi ? atam ozunu yaxwi hiss eliyir emeliyyatdan sonra … xahiw eliyirem sizden tezdiynen cavab veresiz sualima

  • Rafsan

    Salam Fuad həkim. Bir sualım olacaq. Deməli mənim anam 9 ay əvvəl əməliyyat olundu.İndi isə düz bağırsağın distal hissəsində 25 sm məsafədə sirkulyar mənfəzi daraldan qırmızı rəngli törəmə kütləsi aşkar olunub. Orta hissəsində nekrotik kütlə, ərp var. Bağırsaq həmin yerdə fiksasiyalı, hərəkətsizdir.
    Bu xəstəliyin müalicəsi varmı?

    • Fuad Nəzərov

      Salam. Yaranmış kütlə onkoloji törəməyə daha çox bənzəyir. Müalicənin yalnız operativ yolla aparılması məsləhətdir. Sağ olun

  • anonim

    Salam hekim, menim anami emeliyyat edibler.Sonradan onda problemler bas qaldirdi.Sonra diaqnoz qoydular ki ,usaqliqda xerceng var .Mede bagirsagin yoxladilar dediler ciddi bir sey yoxdur , 2 defe kimya terapiya etdiler , 3 cu gedecekdi qusmalar bas verdi , indi dayanmadan qusur sonra yoxlatdiq dediler bagirsaq kecmezliyi var ,bilmirik ne edek meslehet verseniz sad olaram .Sag olun.

    • Fuad Nəzərov

      Salam. Siz kompleks müalicə aparmalısınız. Qusma əleyhinə və əsas bağırsaq keçməməməzliyini aradan qaldırasınız. Sağ olun

  • anonim

    yani qarnim gedende gah sari yashil selikli olur sonra bir gun kecir cox berk olmayan kal olur oda azmaz indi anlamiram niye bele olur???

    • Fuad Nəzərov

      Salam. Sizin vəziyyətiniz qeyri adidir. Onun üçün sizi yoxlayıb (fustuloqrafiya) konkret fikir demək olar. Sağ olun

  • anonim

    menim qarnim gah ishal olur gah berkiyir niye olur bele dediler guya mikrobdu lyamblya amma men qorxuram cox

    • Fuad Nəzərov

      Salam. Qorxmağa əsas yoxdur. Nəcisi analiz verməyiniz sizin narahat olmağınızı aradan qaldıra bilər. Sağ olun

  • Anonim

    salam. men rusiyada emeliyyat olmusam. yogun bagarsaqda polip vardi biri xirda digeri ise artiq boyuyub qan axma verirdi. indi onun yeniden yaranma ehtimali var deyirler bunun birdefelik mualicesi varmi?

    • Fuad Nəzərov

      Salam.Əməliyyat apararkən həkim çalısıb poliplərin hamısını götürür. Siz bu sualı operatora yönləndirməliydiniz. Sağ olun

  • Imameli

    Salam menim atamin 68yasi var onun da bagirsaginda xerceng askarlanib. Mrt olundu dediler ki qara ciyer boyreyin ustunde kistalar var. bunlarda xerceng demekdir? Sabah onu emeliyyat edecekler onun sagalma ehtimali ne qederdir.

    • Fuad Nəzərov

      Salam.Əməliyyatın həcmi və məqsədi mənə aydın deyil. Siz elə bu sualları operatora verin. Sağ olun

  • Maral

    Salam hekim.Atam xerceng xestesidir,1il once bagirsagindan emeliyyat olunub,sonra kimya terapiyasi qebul edib her ay,1aydan coxdur ki,yeniden bagirsaq kecmemezliyi yaranib,bagirsagi ishlemir.Cox mohkem agrilari var,hetta Morf iynesi bele yaxshi kesmir.Sizce atamin yeniden emeliyyat olunmasi mumkunmudur?Bir de hansi agrikesicileri meslehet gorersiz?ki ona morfdan daha yaxshi tesir etsin.Cox xahish edirem mumkunse cavablandirasiz sualimi,caresiz qalmishiq

    • Fuad Nəzərov

      Salam.Çarəsiz qalmağa yer yoxdur. Onun üçün xəstəyə kliniki baxış keçirilməlidir və müvafiq qərar qəbul olunmalıdır. Sağ olun

      • Anonim

        Salam Doktur menimde Yogun Bagirsagim 8 ildi coldedi Diagnoz Yogun Bagirsagda Ailevi Poliplerin olmasidi. Amma indi Bagirsagda polif cox saydadi.

  • aninim

    Eger metastat veribse bagarsaq xercengi kusma qebizlik verirse yasama sansi varmi. siddetli sekilde gunde 5 defede karisnivi su kusursa. neqeder yasaya biler.

    • Fuad Nəzərov

      Salam. Yaşama şansı həmişə var. Dəqiqləşdirmək üçün siz müalicə həkiminə müraciət etsəniz daha düzdgün olar. Sağ olun

  • Ayten

    salam mende qıgırdaga benzer toreme emelw gelmıwdır neden ola bıler

ŞƏRH YAZIN